525.Az

“Dövlətçiliyimizin əleyhinə yönələn qruplaşmaları xaricdən dəstəkləyənlər var”


 

“İrşad” İslam Araşdırmalar Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevlə müsahibə.

“Dövlətçiliyimizin əleyhinə yönələn qruplaşmaları xaricdən dəstəkləyənlər var” <b style="color:red"></b>

Azərbaycanda dini konfessiyalarla bağlı bugünkü vəziyyəti ümumilikdə necə xarakterizə edərdiniz?

 

Azərbaycanda ənənəvi dini konfessiyalar islam, xristianlıq iudaizmdir. 1991-ci ildən, yəni müstəqillik qazandığımız vaxtdan etibarən bu dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlər mövcuddur. Bu konfessiyaların bir-biri ilə, dövlətlə heç bir ciddi problemi yoxdurDövlətin bu sahəyə diqqət qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini qurumları dini təyinatlı təşkilatları əhatə edir. Bu gün Azərbaycanda səmavi dinlər ənənəvi olaraq qarşılıqlı etimad əmin-amanlıq şəraitində fəaliyyət göstərirlərMənim bildiyimə görə, hazırda hakimiyyət strukturlarının həmin dini konfessiyalarla bağlı narazılıqları ya həll olunmamış problemləri yoxdur.

 

Bu yaxınlardaYeni Azərbaycanpartiyasının aparıcı fəallarından olan Mübariz Qurbanlı  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yeni rəhbəri təyin olundu. Sizcə, yeni təyinat bu strukturun fəaliyyətinə dərəcədə təsir göstərəcək?

 

Həmin təyinatdan çox az vaxt keçib. Belə qısa müddət ərzində bu sahədə mühüm dəyişiklik gözləmək düzgün deyil. Mübariz Qurbanlının özünə gəlincə, onu çoxdan tanıyıram. Mübariz müəllimin yaxşı siyasətçi diplomat olduğunu bilirəm. Amma ölkədə mövcud olan mürəkkəb dini məsələləri, münaqişələri, dini icmalar arasındakı münasibətlərin həlli yollarını dərindən araşdırmaq üçün onun hələ kifayət qədər vaxtı imkanı olmayıbÜmumiyyətlə, son vaxtlar cəmiyyətdə tez-tez belə bir fikir səslənir ki, müasir dövrdə DQİDK-nın rəhbəri vəzifəsini dinşünas deyil, məhz siyasətçi icra etməlidir. Düzü, mən bu fikirlə bir o qədər razı deyiləm. Zənnimcə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri siyasətlə yanaşı, dini məsələləri qədərincə bilməlidir. Bu işin, bu dövlət qurumunun tələbi belədir. DQİDK-nın fəaliyyəti ilə bağlı isə yalnız bir məqamı qeyd edə bilərəmson iki ildə komitə ölkədəki dini situasiyaya tam nəzarət edə bilməyib. Qurumun aydın fəaliyyət planı vəzifələri yerinə yetirmək üçün vacib olan mexanizmləri mövcud olmayıb. “Nəzarət etməksözü heç həmin qurumun dini icmalara sektalara qarşı hər dəfə sərt cəza tətbiq etməsi anlamına gəlməməlidir. Sadəcə olaraq, dövlətlə dini icmalar arasında işgüzar təmasın qurulması həmin icmaların sosial-ictimai xarakterli problemlərə cəlb edilmələri üzrə mütəmadi şəkildə düzgün qurulmayıb. Nəticəsini biz artıq gördük. Fikrimcə, bu, məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətində olan məsələdir. Komitə yalnız  “Dini etiqad azadlığıhaqda qanunun icrasına nəzarət etməkdən ötrü deyil. Onun vəzifələrinə həm dini icmaların fəaliyyətinin əlaqələndirilməsi aiddir. İstənilən dövlətdə din cəmiyyətin əsasını təşkil edən üç ünsürdən biri sayılır. Mənim fikrimcə, bu üç ünsürhakimiyyət, cəmiyyət dindir. Onlar bütün dövrlərdə bir yerdə olub bu gün bir-birini tamamlamalı, sıx əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları son vaxtlar ölkədə dinlə bağlı vəziyyət üzərində təsirlərini nəzərəçarpacaq dərəcədə gücləndiriblər. Bu, yəqin ki, dünyada baş verən olaylarla daha çox bağlıdır. Bir qrup güclü dövlətlər özləri yaratdıqları, təlim keçdikləri son dövrdə onların təsirindən çıxmalarına görə islamla bağlı bütün qurumlara qarşı, kobud da çıxsa, xaç yürüşü təşkil ediblər. Nəticə heç könül oxşayan olmayacaq. Şəxsən mən bu gün baş verən hadisələri dinlə, islamla bağlamıram. Yaxın Şərqdə baş verənlər qlobal nəzarət planının vacib hissəsidir. İslam artıq onların əlində təsirlidöyüşalətinə çevrilib. Zənnimcə, dini strukturlara həddən artıq təzyiq göstərmək vacib şərt deyil. Hakimiyyət yalnız nizam-intizam, sabitlik qanunu dəstəkləməli dini qurumları da buna çağırmalıdır. Üstəlik, dini icmaların da həllolunmamış xroniki problemi qalmamalıdır.

 

Ümumilikdə hakimiyyətlə radikal dini qruplaşmalar, eləcə dini cərəyanların özlərinin arasında qarşılıqlı münasibətlər sahəsində vaxtaşırı anlaşılmazlıqlar yaransa da, ümumi vəziyyət sabitdir. Lakinhüquq müdafiəçisitəşkilatları kiçik bir narazılığı  hər dəfə belə böyük sensasiyaya çevirməyə çalışırlar

 

Bu problemlərin aradan qaldırılması üçün hansı tədbirlər həyata keçirilməlidir?

 

Mən düşünürəm ki, özündə dövlətin icmalardan gözlədiyi məqamları əks etdirən xüsusi dini konsepsiya işlənib hazırlanmalıdır. Dövlət din cəmiyyətlə əlaqə fonunda bir-birini tamamlamalıdır. Çünki dövlət cəmiyyətin mənəvi inkişafı mənəvi sabitliyi üçün tələb olunan şərtlərin hamısını eyni vaxtda sinxron olaraq həyata keçirməyi çatdırmır. Bu işdə, xüsusilə cəmiyyətin birliyi, möhkəmliyi, mənəvi-etik, sosial ailə problemlərin həllində din din xadimləri ona kömək edə bilər. Bu gün Azərbaycanda dini icmalar pərən-pərən düşüb: sələfilərlə şiələrin qarşıdurması istisna deyil. Bu isə öz növbəsində cəmiyyətin parçalanmasına yönələn addımlar kimi qiymətləndirilməlidir. Mən yaxın keçmişdəki dinlərarası toqquşmaların kökündə fitnə-fəsadın durduğunu istisna etmirəm. Amma eyni zamanda gərək unutmayaq ki, şiələrin özlərinin arasında da bu gün həm dini, həm siyasi baxımdan ziddiyyətlər mövcuddur. Dövlətçiliyimizin əleyhinə yönələn qruplaşmaları xaricdən dəstəkləyənlər var. Bəzi ölkələr əslində öz adamları vasitəsilə Azərbaycandakı prosesləri idarə etməyə cəhd göstərməkdədirlər. Üstəlik, həmin dövlətlər bir-birlərinə ədavət bəsləyir, düşmənçilik edirlər. Bu isə öz növbəsində, heç şübhəsiz az da olsa, yerli radikal islam qruplaşmalarına həvəsləndirici təsir göstərir. Belə halların qarşısını almaq üçün ən məntiqli addım dövlətimizin bütün dini icmaları ilə daha sıx əlaqə yaratmaq olardı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edərkən (2001-2006- illər) biz Azərbaycandakı dini icmaların Forumu deyilən effektli bir qurumu təsis etmişdik. Həmin forumun tərkibində demək olar ki, müxtəlif, hətta bəzən bir-biri ilə tamamilə ziddiyyət təşkil edən baxışlara sahib bütün dini icmalar cəmləşmişdilər. Forum müştərək humanitar aksiyalarla məşğul olurdu. Bu aksiyalar müxtəlif, hətta bir-birilə ədavətdə olan dini qrupların, icma sektaların yaxınlaşmasına imkan yaradırdı. Sözügedən forum Azərbaycanın dini icmaları arasındakı gərginliyin aradan qaldırılmasının ən uğurlu ən kəsərli forması olaraq qəbul edilmişdi. Bunu Azərbaycanda olan beynəlxalq təşkilatlarla din nümayəndələri etiraf edirdilər. Sonralar bu forum öz faydalı işini davam etdirə bilmədi.    

 

Son illərdə yerli kütləvi informasiya vasitələrində xeyli Azərbaycan vətəndaşının Suriya İraqda gedən döyüşlərdə radikal dini qruplaşmalar tərəfindən iştirak etmələri hətta bəzilərinin həmin savaşda həlak olması barədə məlumatlara tez-tez rast gəlirik. Sizcə, Azərbaycanda Qarabağ münaqişəsi həll olunmadığı bir vaxtda gəncləri, xüsusilə ailəli kişiləri isti yuvalarını tərk edib Vətəndən minlərlə kilometr uzaqda döyüşə yollanmağa vadar edən nədir

 

– Vətəndaşlarımızın başqa ölkələrə döyüşə yollanmaları faktı başqa xarici amillərlə yanaşı, onların cəmiyyətdə özlərinə uyğun olan yeri tapmamalarının nəticəsidir. Həmin insanlar öz ölkələrində əlverişli şəraiti tapmadıqda onlara bu fürsəti başqa insanlar təşkilatlar yaradır. Onları tapırlar, himayə edib yedizdirir, geyindirir, oxudur, cihad ideyası ilə silahlandırır firavan gələcəyə ümidverirlər. Nəticədə həmin şəxslər öz ölkəmizdə tapa bilmədikləri məqsədə, amala başqa ölkələrdə qovuşacaqlarına inanaraq konflikt, müharibə olan zonalara üz tuturlar. Sovet dövründə pioner komsomol təşkilatları vardıgənclər başlarını qatır, bekar qalmırdılar. İndi belə deyil. Kapitalizm şəraitində dövlət cəmiyyət üçün vacib olan bu məsələ ilə məşğul olmağa əslində heç borclu da deyil. Amma buna baxmayaraq, həmin mühüm məqam sülhün, əmin-amanlığın   ölkəmizdə sabitliyin qorunması üçün ən mühüm ünsürlərdəndir. Situasiyanın qaydaya salınması üçün gərək ölkədə güclü, cəlbedici ideoloji sistem olsun, kobud desək, insanların daima məşğul olduqları boş vaxtlarının olmadığı üçün ciddi mənəvi fiziki məşğulluq sistemi yaradılsın. Asudə vaxt təkcə pozitiv işlər deyil, eyni zamanda  neqativ informasiyanın, bədbin əhvali-ruhiyyənin yaranması, onların sonradan cəmiyyətdə ümumilikdə ölkədə mövcud vəziyyətə vahid müqavimət sisteminə çevrilməsi üçün münbit şəraitdir

 

Az əvvəl qeyd etdiniz ki, radikal şiə sələfi qruplaşmalarını qonşularımız ərəb ölkələri dəstəkləyirlər. Bu xarici təsirlərlə necə mübarizə aparmaq olar?

 

Söhbət ayrı-ayrı çətinliklərdən deyil, bütöv problemlər kompleksindən gedir. Onunla ehtiyatlı davranmaq lazımdır. Elə etməliyik ki, həmin dövlətlərlə münasibətlər korlanmasın. Bu məsələ ilə bağlı problemlərin həlli uzun vaxt aparır, dövlətlərarası münasibətlər fonunda həll olunur. Vaxtilə 90- illərdə bu təşkilatları konkret şəxsləri nəzarətə götürmək imkanını əldən verilib. Ölkəmizə istənilən qədər nəzarətsiz, düzünü desək, xarici kəşfiyyat orqanlarının rezidentləri daxil olub, məskənləşiblər. İndi isə ölkədə radikallarla narazılığı aradan qaldırmaq üçün çoxlu güc vaxt tələb olunur.  Yaxşı yadımdadır, o zaman Azərbaycanda din sahəsində hərc-mərclik, nizamsızlıq hökm sürürdü. Məsələn, məscidlərin əksəriyyəti sahibsiz qalmış, ona yaxın məscid ümumiyyətlə Küveyt, Qətər kimi dövlətlərin mülkiyyətində idi. Sonradan dövlətin digər qurumları ilə birgə apardığımız birgə işlər, böyük cəhdlər nəticəsində həmin məscidlərin hamısını dövlətin mülkiyyətinə keçirtdik. Dini icmalar isə öz ehtiyacları üçün onları icarəyə götürməyə başladılar. Beləcə, dini icmalar dövlətə bağlandı, hətta müəyyən mənada ondan asılı oldu

 

ABŞ-ın Dövlət Departamenti sonuncu hesabatında Azərbaycanda etiqad azadlığı ilə bağlı vəziyyəti tənqid edib. Sizcə, bu tənqid dərəcədə ədalətli idi?

 

ABŞ-ın Dövlət Departamentinin bu məruzəsi heç bir hüquqi mahiyyət kəsb etmir. Amerikalıların digər dövlətlər haqda danışmağa, din azadlığı insan hüquqları ilə bağlı vəziyyətin harada necə olduğunu araşdırmağa heç bir mənəvi haqları yoxdur. Bu, onların bir neçə il əvvəl yiyələndikləri özfəaliyyətdən başqa bir şey deyil. ABŞ Dövlət Departamentinin məruzələrini dəfələrlə oxumuşam. Həmin hesabatlar ildə bir dəfə çap olunur. Çox vaxt həmin sənəd əvvəlki illərdə hazırlanmış məruzələrdən köçürülüb hazırlanır. Fikrimcə, sonuncu hesabat da əvvəlkilər kimi Azərbaycanda etiqad azadlığı ilə bağlı vəziyyəti tam reallığı ilə əks etdirmir.

 

ABŞ-ın özündə din azadlığı daha bərbad haldadır. Nümunə üçün deyim ki, istənilən dini icma ABŞ-da qeydiyyatdan keçmək üçün dövlət qarşısında ən azı üç öhdəliyi üzərinə götürməlidir: siyasətlə məşğul olmamalı, seçkilərdə iştirak etməməli, namizədliyini irəli sürmüş konqressmenlərdən, siyasi partiyalardan heç birini, hətta hərbçiləri dəstəkləməməlidir. Üstəlik, qeydiyyatın özünün on üç bəndinə əməl etməlidir. Bizdə həmin bəndlərin sayı yeddidir, özü heç bir öhdəlik yoxdur.

 

Başqa bir faktı qeyd edim. ABŞ-da universitet tələbə yataqxanalarının ərazisində namaz qılmaq tamamilə qadağandır. Məgər bu, etiqad azadlığının pozulması deyil? Əvvəlkilər kimi insan hüquqları haqda bu məruzəni mən sadəcə rəsmi Bakıya azyararlı təzyiq aləti olaraq qiymətləndirirəm. ABŞ müasir dövrdə hər yerə fəlakət, səfalət, qanlı-qadağalı müharibələr gətirən bir dövlətdir. Bunu artıq bütün dünya başa düşüb. Belə olduğu halda amerikalılar hansı haqla bizdən digər dövlətlərdən nəsə tələb edə bilərlər?

 

İskəndər QULİYEV
 





29.09.2014    çap et  çap et