525.Az

Müşfiq insanlar ölkəsi...


 

MÜŞFİQ CƏFƏROVUN XATİRƏSİNƏ

Müşfiq insanlar ölkəsi...<b style="color:red"></b>

 

Səhər açılır   telefonun  zəngindən narazı simayla  ayılmaq  var  deyəsən  qismətdə. Hələ  üstəlik  ekranda  gördüyün ad da  səni  təəccübləndirir. Niyə,   olub görən, nədən səhər tezdəndən?  Sonra  heç bilmirsən danışıq  qədər çəkir... Bir  dəqiqəmi, bir saatmı, ya  heç bir  zaman  vahidinə sığmayacaq  qədərmi?.. Sonra  çökürsən... İzahı  çətindi bu  vəziyyətin... Ağlaya  bilmirsən, amma  çaşqınsan... Suallar var  beynində... Həm   qarmaqarışıq suallar... Bunları  yerbəyer  eləmək   olmur... Bildiyin bircə  həqiqət  var, sona  qədər  inanmasan da ...Yoxdu  bu  insan  artıq... Sənə  dedilər ki , yoxdu...   sən düşdüyün bu  qırx arşın quyunun dibindən baxırsan  yuxarı. Boğula-boğula  baxırsan...

lll

Yoxlar  var  həyatımızda, var. Yoxdan Var  edən pay  verib bizə.   Var  ola  bilmək üçün yoxluğa  öyrəşmək gərəkli.   Nəyə  lazım axı  sərsəmlik...Vardı   ...yoxdu... Öyrəşsən   budu,  öyrəşməsən ...

  çətindi  Allahım,  hisslərinin rəngini  çəkmək . Qara da  deyilbulanıqdı. Dərk eləmək, özünə  yaxın qoymaq istəmirsən. Hər  Yoxluğa  hər  dəfə  öyrəşmək. Varlığın sirri  yoxluqdamı?   bir  dostum bu  fikirlərimə  əlavə  edirbirinin yoxluğunu  qəbul etmək çox çətindi, qəbul edənə  qədər varla yoxun arasında gedib-gəlirsən...

lll

Amma   hələ ki, çaşqınsan... Sözlərini xatırlayırsan, səsini xatırlayırsan, gözlərini, baxışlarını xatırlayırsan... Son gördüyündə  sənin sual  məzəmmət dolu baxışlarına  incik-incikdeməyini xatırlayırsan... İndi  lap yandırır o  incik  ”...  Necə  ola  bilər deyə  düşünürsən ...Var  axı, O. Var... Var?! Yoxdu!!!  İndi  hamısı  keçmişdə  qaldı...

Allahım,   çətindi  sınaqlarına dözmək, imtahanlarına  tab  gətirmək...

lll

Nekroloqlar  daha  çox insanların etmədiklərini  ifadə  edərlər. Bir  abzasın içinə   sığışdırmaq olar ki?   əgər ölmüş  dediyimiz  biri cəmiyyətin   tanıdığı  biri  deyilsə? Onda    yazacaqsan? Necə  izah  edəcəksən onun da  bir  planet  olduğunu, ya da  həyatına  kometa  kimi  girdiyini? “Sabiq  polis mayoru qəzada həlak oldu”. Kim  üçünsə adi xəbər, kim üçünsə  ürəyinə sancılan bıçaq. Hər  şey   qədər nisbidi, İlahi?

lll

Yazıram    görürəm ki , suallar  axırıma çıxır... Axırsız suallar. Bu dünyanı  kiçildən texnologiyalar həm ağrıları  virtuallaşdıra bilmir, niyə? Sevinəndə, güləndə, ağlayanda  hər  şey  təbii  olur... Lap  ekrandan  oxuyub  uğunub gedərsən... Ya da  dünən oxuyub güldüklərinə  bu  gün gözlərin dolar...   bu  sosial şəbəkələrə  barmaqarası baxanlar da  böyük  səhv  edirlər. Burda  real  həyatdan  daha  doğma  olur  insanlar. Birinin  yoxluğunu dərhal  hiss  edirsən, hər  kəs öz  yerində  olur. Burda  qurduğun  dünya daha  ədalətli  olur, özünü tapanlar da  çox olur. Burda  əməldən çox  söz  var, söz isə... (sözləri öz çirkin əməllərinə vasitə  edənlər   var təbii) Başlanğıc...   burda  elə  insanlar  kəşf edərsən ki, real  həyatda min il arasan  bulamazsan. Bu  ölkədə insanların  ruh  tezliklərini aşkar  etmək daha  rahatdı.

lll

Görəsən  niyə ölümündən (bu  ölüm sözünü   ağrıyla  yazıram bir Allah bilir ) sonra  insanın rəsmləri başqa  cür baxır?  Yazdığı  sözlər    başqa  cür  oxunur?  Niyə?  Sözlər    şəkillər   enerji  alırlar?

  alışa  bilirsən,   barışa bilirsən... İndi  fikirləşirəm ki, həmişə çox mütəvazi  qeyd  etdiyimiz  ad  günü bu  dəfə  çox  təmtəraqlı    şad keçdi. Sonuncu  idi  ona  görəmi?    monitorun o üzündən  hər  insanın sevinci  keçdi  ekranın bu  üzünə,  paylandı  hər  kəsə... O,  başqaları üçün bayram yarada bilirdi, sevindirə  bilirdi  insanları... Bu  sonuncu  onunçün  oldu . Həmin vaxt  yazdığım təbriki  yenidən oxuyuram...

Məsələ belədi. Hər hansı canlının mövcud olması üçün Yaradan münbit şərait yaradır. o mütləq həmin mühitdə yaşamalıdı. Məsələn, evkalipt ağacı günəşi sevir, uçurumların kənarında bitir, böyük çətirinin altında qədər canlını barındırır.Yarpaqları yaralara məlhəmdi, əsəb sistemini sakitləşdirir. Qədim yunan dilində EUxoş, xeyirli , KALİPTgizlətmək anlamını verir. Koala da bu ağacı seçib özü üçün.... O qədər maraqlı canlıdı ki... Koala da yerli dildə  su içməyən deməkdi. Boş əyləncələrə vaxt xərcləmir, bütün günü yatıb dincəlir, gecələr ağaclarda gəzib evkalipt yarpaqlarını yeyir. Belə demək olarKoalanın ictimai həyatı yoxdu. Amma qəzəblənəndə üzünü görməyəsən, elə dalaşar ki... Bunlar niyə yadıma düşüb?))))))))))

Bıyyyy həəəəə.... Bizim Koalanın ad günüdü )))))) Günəşə boylanan, amma gecələr görünən, uçurumun kənarında oturub, çətiri altında qədər canlını yığıb birləşdirən, əsəblərinə məlhəm dostumuzVİVAT!!!!!!! Müşfiq Cəfərovun ad gününə )))))))

  qəribədi ki, həmin vaxt səhifəmdə paylaşdığım bu  şeirin altında

Baxıram bu aləm

öz aləmində,

Mən açan çiçəyəm,

Solan yarpağam.

vaxtsa, dünyanın duru dəmində

Yenidən dünyaya qayıdacağam.... –

Əgər  qismət olsa  yazmışdı....

Koala  deyirdimyuxusuz idi , gecələr  gəlirdi  şəbəkədəki dostlarının yanına. Dostlarını  bir  araya  yığıb  toparlaya  bilirdi... Komsorq deyirdim.  Şeirlərini oxuyandan sonraLaçın deyirdim...

lll

Allah  əlinizdən alıb, qəlbinizdən   alsın deyirlər  adətən. Bir  dəfə oğlunu itirmiş  tanış bir  qadınaAllah səbr  versin”- dedim. Diqqətlə  üzümə  baxdı    bunlar sözdü dedi....   rahat  olardı,  amma  qəlbin düyməsi insan əlində olsaydı... Həm   bunu düşünürəm ki, dünya  dağılardı  onda... Dağılıb deyə  bilərsizyox!!!! Dağılsa heç olmazdı... O da olmazdı. Var axı...                                                           Eqoist  varlıqdı  insan. Sevdiklərini  özünə görə  sevir. “Sənsiz  neylərəmdeyir?  Özünü düşünür... Neyləyəcəksən?   Sənə  aid  xatirələrin  qalır qəlbinin mübhəm guşələrində.... Ya da  başqası üçün ağlayanda bir  pay  da  özümüzçün ağlayırıq. Özümüz  gedəndə  ağlaya  bilməyəcəyik axı....

lll

Burkina Fasonun  müşfiq   vətəndaşı.  Sıldırımın lap  kənarında  dayanıb, baxanda  üşənirsən... Burkina Fasoşərəfli  insanlar ölkəsi. bu ölkənin şəfqətli, mərhəmətli  sakini.  

Bunlar  virtual  səhifənin verdiyi  məlumatdı . Sonra  tanıyırsan, qat-qat açılır  səhifə. Sənin   bu  səhifəyə  öz redaktələrin əlavə  olunur. Komsorq  deyirsən, Koala   deyirsən... Lap  son  vaxtlar daLaçın... Onun  da sənə  verdiyi  ismi  hər  kəs  qəbullənir. Heç soruşmadım da  mənə  niyə  elə  deyirdi... İki  ildə  vaxt  tapmadım... Lənətə  gəlmiş zaman.

lll

İnsanlar  bölüşmək, paylaşmaq  istəyirlər. Bəzən etiraflar  eləmək istəyirlər. Dünyəvi  dinlər bunu  məqbul hesab  edir. Katoliklər  keşişin  yanına  gedib günah çıxarırlar, İslamda  tövbə  anlayışı  var... Mənə  görə,  daha  doğrusu  İslamda  olandı. Bəndəynən Allahın  arasına  kim  girə  bilər ki? Üzünü  tutdun yuxarı    Allahım, əfv elə  dedin... Günahları  da  özündən yaxşı  kimsə  bilməz... Elə  etiraflar da  var ki , onu  heç özünə   edə  bilmirsən....

Amma  öz  aralarında  bölüşür  insanlar, kimin bəxti  gətirib   məhz anlayana  rast  gəlsə. İzharım dünya, dünya... ....

***

Dirilmişölüyə ağlamaq qədər

mənalıdırsa ...

Ölmüşdirilərə ağlamamaq

o qədər mənasızdır

...Dağın hər tərəfini görmək üçün

başına dolanmalısan...

Vaxtsız gələn, Əzrayıl,

hörmətsiz olursan?

Birinə verdiyin hərarəti geri almayanda çox üşür insan... yaxın olsun,

ya uzaq...

fərq edər, göy üzündə gecədir

ya gündüzdür, aydınlıq olmayınca ...

Olan olur düzdü, keçən heç vaxt keçmir !

 Bu da  onun  etirafları  idi....

İçi boşluq dolu, izsizilləri .

Sevgisiz bir qəlbi, yaşatmaq çətin .

Tikana bürünmüş qızılgülləri ,

Kökündən qoparıb qoxlamaq çətin...

...........

Yüksəkdə ucammaz, naşı ovçunun 

Qanadın qırdığı, lap tərlan ola .

Gözlərdən sədəqə yığan yolçunun

Gözlərin doydurub qapatmaq çətin .

................

Ayrı dünyalara düşdü mehrimiz,

sən tutdurmadın, mən tutmadım.

Bir sirli dərgahda göruşərik biz ,

Ayrı dünyaları paylaşmaq çətin ...

lll

Aya  getməsən, kraterlərin görməsən  Ayı  necə  təsəvvür edə  bilərsən? başqalarına  necə  təsvir  edə  bilərsən? Naşı  ovçunun  qanadın qırdığı.... Qanadları    qədər  sağaltmaq  olar... Bir  gün  qopacaq.... Əslində  ruhu da, düşüncələri   şair idi. Çırpınıb  öz  yerini  tapmaq  istəyirdi. İndi  şeirlərini  yenidən  oxuyub da  niyə  vaxtında  toplamağa  məcbur  etmədiyimi  düşünürəm. Özünə  münasibətdə  çox biganə  idi .  Bəlkə üzdən hər şey sakit görünürdü. Amma insanların içində fırtınalar cövlan edir...Ünvan tapmır insan hissləri. Hərə özünü bir yerdə axtarmağa başlayırbiri içkidə, biri narkotikdə, birinə elə gəlir ki, gey olsa her şey düzələcək, biri gündə bir kişi dəyişərək özünə rahatlıq axtarır. Əslində bir böyük səbəb varREALİZƏ OLUNMAMAQ...  buna  görə   özünlə barışıq  yaşaya bilməmək...

Qəlbin axı dili yoxdur... Səsi yoxdur... Çığıra bilmir... O gərək səbr etsin, səbr etsin, səbr etsin...Hər  kəs  bacarmır bunu. Alınmır...

lll

...Bəlkə o filmi görənlər xatırlayarruslar Paqanini haqqında çoxseriyali film çəkmişdilər...  30 ildən çoxdu...  Maraqlı aktyor ve rejissor işi ilə diqqətçəkən  bir film idi. Filmdə həmişə Paqanini ilə birlikdə səyahət edən bir obraz varonun bioqrafı. onun bir daxili monoloqu indiyə qədər yadımdadı. Deyir ki, gələcək nəsillər heç vaxt tam anlamda Maestronun (Paqaninin) kim olduğunu bilməyəcəklər. Onun sehrli barmaqlarını, dinləyicini hipnoz edən musiqisini eşidə bilməyəcəklər onlar bu məhrumiyyətə görə bədbəxtdilər... 

Bəzən çox sehrli bir adamı kiməsə anlatmaq istəyəndə bu sözlər yadıma düşür...Hamının  tanıdığı  kəslərdən danışmağa    var ki? Bir   var  hamıya  gizlin  bir  planeti  tanıdasan, sənin  kəşfini  görsünlər, inansınlar...

lll

Vallah,  bizim  axırımıza  çıxır  bu  laqeydlik, biganəlik. Tükənirik, nəslimiz  kəsilir. Hisslərimizdən, duyğularımızdan utanırıq ... Kaprizlərimizə, təkəbbürümüzə  qurban veririk  könlümüzün  bayramların. Amma  o  qədər  azdı ki, bu  insanlar  həyatımızda...Varları  özümüz  yox  edirik, sonra...

Sonra bir  səhər  telefon zəngi  gəlir ...Əcəl  zəngi ...  alt-üst olursan... Bir ölkə itirirsən könül xəritəndən... Müşfiq insanlar  ölkəsini...

Həsrət qalıb doğma yurdun nazlı, Müşfiq qucağına; Gözlər yaşlı, boyun bükük vətənsizmi öləcəyəm?

lll

Çoooooxdan   heç   yazmırdım....  Ağı  yazdım  dostum  üçün... Əslində Müşfiq insanlar ölkəsində yaşamağa məhkum hər kəsin ağısı...

Ay  Laçın ?!... Can  Laçın...

 





29.09.2014    çap et  çap et