525.Az

“Azərbaycan və İran yazıçıları siyasətə qarışmadan ədəbi əlaqələri genişləndirməlidirlər”


 

GÜNEYLİ YAZAR VƏ NAŞİR SƏİD MUĞANLI: “ÜRƏYİM DOLANDA RAMİZ RÖVŞƏNİ OXUYURAM, O MƏNİ HƏM AĞLADA, HƏM DƏ SEVİNDİRƏ BİLİR”

“Azərbaycan və İran yazıçıları siyasətə qarışmadan ədəbi əlaqələri genişləndirməlidirlər”<b style="color:red"></b>

Bugünlərdə növbəti dəfə Bakıya gələn tanınmış güneyli yazar, naşir Səid Muğanlı redaksiyamızın qonağı olub. Səid Muğanlı Cənubi Azərbaycanın Muğan bölgəsində dünyaya gəlib. Tehran Qum şəhərindəİslami elmlər islam fəlsəfəsi üzrədoktorluq müdafiə edib. İrandaYaşmaq”, “Dilmanc”, “Günəş”, “Birlikjurnallarında çalışıb. Şairin indiyədək bir neçə şeir ərəb poeziyasından tərcümə kitabı İranda işıq üzü görüb. Bundan başqa naşirlik fəaliyyəti ilə məşğul olan S.Muğanlı indiyədək 150- yaxın kitab tərtib nəşr edib ki, bunların da 50- qədəri  Azərbaycan ədəbiyyatına aiddir. S.Muğanlı hazırda islam fəlsəfəsi üzrə bir fondda çalışmaqla yanaşıYaşmaqnəşriyyatında həm İran, həm Azərbaycan yazıçılarının kitablarını nəşr edir. Yazar bu yaxınlarda İranda fars dilində Azərbaycanın tanınmış yazıçılarının hekayələrindən ibarət “10 sentyabrtoplusunu tərtib edərək nəşrinə nail olub. Yazıçılar Birliyinin katibi, “525-ci qəzetin baş redaktoru Rəşad Məcidin eyniadlı hekayəsi ilə adlandırılan topluda Xalq yazıçıları Anar, Sabir Əhmədli, Maqsud İbrahimbəyov, yazıçılar Afaq Məsud, Saday Budaqlı, Əkrəm Əylisli, Şərif Ağayar, Murad Köhnəqalanın hekayələri yer alıb. “Əmrud Yayınevində çap olunan kitabı fars dilinə Məhmud Məhdəvi tərcümə edib. Naşir həmçinin bu yaxınlarda İran hökumətindən Xalq yazıçısı AnarınVahimə”, Afaq MəsudunÜzü işığaromanları hekayələrinin, Mirəli SeyidovunBayram düşüncələriəsərinin Azərbaycan dilində əski əlifba ilə çapına icazə almağa da müvəffəq olub. 

Müsahibimiz qəzetimizin oxucuları ilə səfər təəssüratlarını, ədəbiyyat məsələləri, ədəbi zövqləri ilə bağlı düşüncələrini bölüşüb.

Bakıya ilk dəfə 6 il bundan əvvəl gəlmişəm

O vaxt Qafqaz Media Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən jurnalistika kurslarına qatılmışam. Sonra üç il dalbadal yay aylarında Azərbaycana gəldim. Bakının belə sürətli inkişafı sözün yaxşı mənasında məni təəccübləndirir, sevindirir. 6 il bundan əvvəl gəzdiyim küçəni bu dəfə gələndə tapa bilmədim. Sürətli tikinti, quruculuq işləri aparılır. İsmayıllıda, Şəkidə olmuşam. Şəkini çox sevdim. Arzu edirəm ki, bütün şəhərlər Bakı kimi inkişaf etsin. Yollar çox gözəl təmir edilib. O vaxt Şəkiyə gedəndə yollarda çox əziyyət çəkmişdik. Ancaq bu dəfə Biləsuvardan bura gələndə gördüm yollar çox rahatdı, gözəldi. Arzu edirəm ki, bu inkişaf təkcə tikinti sahəsində deyil, daha çox zavodların fabriklərin açılmasında  da özünü göstərsin. Yeni tikilmiş gözəl binalar da bizi sevindirir, ancaq nostalji hisslər doğurduğu üçün Bakıya gələndə daha çox qədimlik ruhunun olduğu yerlərdə-köhnə küçələrdə, əski dalanlarda, İçərişəhərdə gəzməyi çox sevirəm. Köhnəlik bizə maraqlıdır, ruhumuza doğma gəlir. Çünki orada qədim əcdadlarımızın, ulu babalarımızın izi var. Təbrizə gedəndə orada daha çox köhnə, dolanbadolan küçələri gəzmək mənə xoş olur. Bakıya hər gələndə Fəxri Xiyabanı ziyarət edirəm. Orada böyük şairlər, yazıçılar, alimlər uyuyur. Fikrimcə,

Fəxri Xiyaban sadəcə məzarlıq deyil, böyüklərin muzeyidir...

 

Kaş hamı gəlib buranı, burdakı böyük şəxsiyyətlərin möhtəşəm heykəllərini görə.

 

25 ildi Tehranda yaşayıram. təbii ki, bura gəlməmişdən əvvəl Azərbaycan ədəbiyyatı ilə tanış idim. Bizə bütün bunları mərhum doktor Cavad Heyət (Allahdan ona rəhmət diləyirəm) “Varlıqjurnalı ilə tanıtmışdı. Bu jurnal bizim həyatımıza, dünyagörüşümüzə  böyük təsir göstərib.  Biz onuVarlıq məktəbiadlandırırdıq. O məktəb vasitəsilə Şimali Azərbaycanın ədəbiyyatına yaxından bələd olmuşuq.

 

Doktor Cavad Heyət zəmanəmizin Dədə Qorqudu idi

 

Ən sevdiyim şair Bəxtiyar Vahabzadə olub. O həm bizim qəhrəmanımız idi. Az qala bütün şeirlərini əzbər bilirdik. Onda kitablar bizə kirill əlifbasında gələrdi. Oturub bircə-bircə şeirləri əski əlifbayla  köçürərdik. Rəsul Rza, Səməd Vurğun, Məmməd Araz, Xəlil Rza Ulutürk sevimli şairlərimizdən idi.

 

Sonra Nüsrət Kəsəmənlinin yumşaq sevgi şeirləri, daha sonralar isə Afaq Məsud, Ramiz Rövşən kimi böyük yazarların yaradıcılığı ilə tanış olduq. Ramiz Rövşənin şeirlər kitabı İranda 2-3 dəfə böyük tirajla nəşr edilib. Bizim gənclərdən ədəbiyyatla maraqlananların bir çoxu Ramiz Rövşənin yaradıcılığı ilə yaxından tanışdırlar, onun şeirlərini çox sevirlər. Bizim şairlər Ramiz Rövşənlə, Rüstəm Behrudi ilə görüşməyi çox istəyirlər. Rüstəm Behrudi ilə görüşəndə dedim ki, biz elə bilirdik, siz toplu-tüfəngli, od-alovlu insansınız (gülür). Amma o çox sakit, mehriban adammış. İndiyədək İranda Azərbaycanın 50- yaxın yazarıBəxtiyar Vahabzadə, Söhrab Tahir, Afaq Məsud, Səlim Babullaoğlu, Vaqif Səmədoğlunun onlarla başqalarının kitablarını nəşr etmişik. Yeri gəlmişkən, budəfəki səfərimdə Vaqif Səmədoğlunun xəstə olduğunu eşitdim, çox təəssüfləndim, onu ziyarətə getdim. Çox səmimi insandır. Ona Allahdan şəfa diləyirəm.

 

Əslində biz bu kitabları nəşr edəndə kiminsə xoşuna gəlmək, yaxud da onların burada təqdimatının keçirilməsi üçün eləmirik. Bizim əlbəttə, heç kəsdən təmənnamız yoxdur. Məqsədimiz  Güneydə gənclərimizi  Azərbaycan ədəbiyyatı ilə yaxından tanış etməkdir. Ancaq əlbəttə, arzuolunandır ki, orada böyük sevgiylə nəşr etdiyimiz Azərbaycan yazıçılarının kitablarının burada təqdimatı keçirilsin, biz məmnuniyyətlə iştirak edək 

 

Azərbaycan ədəbiyyatı naminə etdiyimiz işlər sonsuz sevgimizdən qaynaqlanır

 

Bu səfərim zamanı bir çox dünya klassiklərinin, tanınmış müasir yazarların, Nobel mükafatçılarının xeyli kitablarının tərcümə olunduğuna şahid olduq. Bu, məni çox sevindirdi. Orda nəşr edə bilmədiyimiz kitabların burda tərcüməsi, çapı bizi çox sevindirir. Onlardan bəzilərini almışam. Orada dostlar görüb çox sevinəcək. Bu, bizim üçün çox maraqlıdı. fərqi var, bizdə olmayan kitabları burdan alıb oxuyarıq. Lazım olsa, bəzi əsərləri icazə alıb orda nəşr elərik. Amma təəssüf ki, burada kitablar bizdəkindən xeyli bahadır.

 

Şeirlər insanın şəxsi həyatının parçalarıdır...  

 

Mən özüm hələ gənclikdən, tələbəlikdən müxtəlif mövzularda şeirlər yazıram. Əvvəllər daha çox dini mövzularda, sonralar dahi ŞəhriyarınHeydərbabaya salamından təsirlənib yazmışam. Gənclikdə hər mövzuya müraciət edirsən. Amma sonralar gənclikdə yazdığın bəzi şeirlərə baxanda adam utanır. Bundan başqa tarixi abidələrimiz, mahallarımızla bağlı məqalələrim jurnallarda dərc olunub. 

 

Gözlərin, gözlərin,  

                           ala gözlərin...

Gözlərin ölüm ensiklopediyasıdır... 
qadınlığın...

                   tarixin ikinci yarısı...

Üşüyürəm, məni bağrına bas.

Lənət olsun o mavi gözlərinə
Sən ölümlə yaşamın dönüş nöqtəsisən... 
Qucağın əmniyyətdir,

                         Gözlərin terrorist...

  

Daha çox sevgi şeirləri (bəzən erotik çalarlı sevgi) ilə kəskin siyasi şeirləri bir arada qələmə almışam. Hərdən mənə deyirlər ki, sən erotizmi siyasətə necə qatırsan? Ərəb dili ədəbiyyatını dərindən mütaliə bəzən tərcümə edirəm. Ərəb şeirində, ərəb şairlərinin bir çoxunun yaradıcılığında siyasi lirika erotika ilə qarışıq şəkildə yazılır. Onlar mübarizə şeirlərinin ortasında birdən yazırlar ki, sevgilim, gəl, sənə ehtiyacım var. Yəqin ki, mənim şeirlərimə bu, məhz ordan gələn təsirlərdir. Dünya ədəbiyyatında 55 məktubu ilə məşhur olan çağdaş ərəb şairi  Nəzər Qəbbani bildirir ki, mən bu 55 məktubu bir qadına yazmamışam, 55 qadına yazmışam (gülür). Ərəb şairləri  mübarizənin tam ortasında da sevgi yaşamağın tərəfdarıdırlar. İndi daha çox ictimai şeirlər yazıram. Şeirsiz yaşamaq olmaz. Ürəyim dolanda Ramiz Rövşəni oxuyuram, o məni həm ağlada, həm sevindirə bilir. Bakıya gələndə onun bu şeirini xatırlayıram istər-istəməz:

 

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, başqa bir şəhərimiz yox.  
Bəlkə biz xoşbəxt ola bilərdik,

Bəlkə xoşbəxtik xəbərimiz yox...

 

Ramiz RövşəninQara paltarlı qadınşeirini az qala hamımız əzbər bilirik. Bizdə bir qrafist-dizayner var, onun bir kəlamını tez- tez xatırlayıram. O deyir ki, Azərbaycan poeziyası yerin üstünə aiddi, daha çox yerəl şeirdi, fars poeziyası isə insanı göyə aparır, göylərin şeiridir. Əslində bununla o, bu poeziyaları müqayisə eləmir, bir-birindən üstün, yaxud aşağı olduğunu nəzərdə tutmur. Sadəcə vurğulamaq istəyir ki, fars şeirini oxuyanda adam yerdən üzülür. Məsələn, fars ədəbiyyatının görkəmli nümayəndələrindən Furuğ Fərruxzadı oxuyanda çox heyrətlənirəm. Fars ədəbiyyatında bir çox kişilərin deyə bilmədiyini o deyib, yazıb. Çox qabaqcıl şairə idi. Onunla nəsildaş olan Rəsul Rza, Mədinə Gülgün, Söhrab Tahir isə elə yazıblar ki, insan yer üzündə özünü həyata daha yaxın hiss edir. Bunu fərq adlandırmazdım. Bunlar hər bir poeziyanın özünəməxsus özəlliyidir. Əslində fars şeirlərində bu ənənə qədimdən var. Məsələn, Hafiz qəzəlləri adamı sanki göylərə qaldırır. Rəsul Rzanın şeirləri isə daha realistdir. Hər ikisi özlüyündə çox gözəldir, maraqlıdır. Şəhriyarın yaradıcılığı isə bu baxımdan xüsusilə maraqlıdır. Şəhriyarın fars dilində yazdığı şeirlər, qəzəllər daha çox hafizanədir, yəni göylərə ucaldır, “Heydərbabaya salamisə daha yerəldir, realdır, həyatın özündəndir.

 

Heydərbabaya salamsözlə yaradılan mükəmməl rəsm əsəridir

 

Buradakı təsvirlər çox canlıdır. Fars ədəbiyyatında yaxşı nəsr nümunələri var, amma dünya miqyasında  daha çox fars poeziyası tanınır. Mən həm fars həm Azərbaycan şeirinə vurğunam. Arzu edirəm ki, bizim istedadlı yazarlarımız bir-biri ilə yaxından tanış olsunlar, burda bir çox güneyli şairlərin kitabı nəşr olunub, bunların sayı daha da artsın. Düşünürəm ki, Azərbaycanın İranın yazıçıları siyasətə qarışmadan ədəbi əlaqələri genişləndirməlidirlər. Yaxşı olardı ki, mətbuatda çıxış edək, yaradıcı gənclərimiz qarşılıqlı şəkildə bir-birini daha yaxından tanısınlar. Arzulayardıq ki, burada güneyli yazarların kitabları daha geniş şəkildə nəşr edilsin, təbliğ olunsun. Bəlkə bunları etmək şimallı qardaşlarımıza bir az da zəhmət olar. Amma belədi , necə deyərlər, qardaş qardaşın yolunda zəhmət çəkər (gülür). Sonda “525-ci qəzetin rəhbəri Rəşad Məcid başda olmaqla, kollektivinizə minnətdarlığımı bildirirəm qəzetiniz vasitəsilə Azərbaycan xalqına xoş arzularımı çatdırıram.

 

Sevinc MÜRVƏTQIZI
 





29.09.2014    çap et  çap et