525.Az

Türkiyə İsrailə beynəlxalq təzyiqləri artırmağa çağırıb


 

Türkiyə İsrailə beynəlxalq təzyiqləri artırmağa çağırıb<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda Qəzza zolağı ilə bağlı təmas qrupunun iclasında İsrailə beynəlxalq təzyiqləri artırmağa çağırıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə TRT diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Nazir bildirib ki, beynəlxalq ictimaiyyətin İsrailin addımlarına reaksiyası güclənir və bu təzyiqi artırmaq lazımdır”, - telekanal qeyd edib.

Məlumata görə, təmas qrupunun iclasında İslam Əməkdaşlıq Təşkilatının sammitində qəbul olunacaq qərarlar müzakirə edilib.

 





28.04.2024    çap et  çap et