525.Az

“Jurnalistikaya gəlişim tam təsadüfi olub”


 

AZƏR SARIYEV: “HƏMİŞƏ ÇALIŞMIŞAM Kİ, GÖRDÜYÜM İŞ YAXŞI VƏ KEYFİYYƏTLİ OLSUN”

“Jurnalistikaya gəlişim tam təsadüfi olub” <b style="color:red"></b>

Ölkə mediasının tanınmış isimlərindən olan Azər Sarıyevlə həmsöhbətik. Görüşümüz həmkarımızın doğum günündən bir gün sonraya təsadüf edir. Beləcə 40 yaşlı dostumuzla onun ömründən bəzi səhifələri vərəqləyirik.

 

 

Azər müəllim, öncə jurnalistikaya gəlişiniz barədə danışaq.

 

Jurnalistikada olanların əksəriyyəti deyirlər ki, bu peşə onların uşaqlıq arzusudur. Məndə isə əksinə olub. Jurnalist olmaq barədə heç düşünməmişəm . Bu sahəyə gəlişim tam təsadüfi olub. Jurnalist olmağı qarşıma məqsəd qoymamışdım, hətta deyərdim ki, marağım da olmayıb. Doğrudur, orta məktəbdə oxuyanda rayon qəzetində bir-iki yazım çıxıb. Həmin yazılar da orta məktəbdəki ədəbiyyat müəllimlərimin təşəbbüsü dəstəyi ilə dərc olunub. Bir atamın maddi dəstəyi ilə. Restoranda baş müsahib işləyən atam yazılarım çap olunmamışdan əvvəl rayon qəzetinin şöbə müdirlərinə qonaqlıq verirdi. Mətbuata gəlişim isəAvrasiyaqəzetində tərcüməçi işləməklə başlayıb. Biz beşinci kursda oxuyanda qrup yoldaşım Dünya Sakit artıqAvrasiyaqəzetində çalışırdı. Hamımız diplom müdafiəsinə buraxılmışdıq. Diplom müdafiəsini bitirən kimi işləmək istəyirdim. O zaman çətin dövrlər idi. Valideynlərimə artıq yük olmaq istəmirdim. 1997-ci il iyunun sonları idi. Universitetin qarşısında Dünyanı gördüm soruşdum ki, sizdə varmı? Cavab verdi ki, olmalıdır, gəl redaksiyaya. Mən getdim, rəhbərliklə söhbətləşdik işə götürdülər. Əvvəlcə tərcüməçi, sonra siyasət müxbiri. Dedilər 50 dollar verəcəyik. Ayın sonunda baş redaktor İrfan Sapmaz mənə 80 dollar maaş yazdığını söylədi. Ürəyimdə ona da, orada işə düzəlməyimə səbəbkar olmuş Dünya Sakitə , Sahib Alıyevə xeyli dua etdim.

 

Mərkəzi Seçki Komissiyasında mətbuat xidmətinin rəhbəri olmazdan öncə hansı mətbuat orqanlarında çalışmısız?

 

– “Avrasiyada 1997-98-ci illərdə işləmişəm. Sonra 1998-1999-cu illərdəEkspressqəzetinin siyasət parlament müxbiri olmuşam. 1999-2003- illərdəPalitraqəzetində baş redaktor vəzifəsində çalışmışam. “Millət”, Hürriyət”, “Kaspiqəzetləri, “Azadinformİnformasiya Agentliyi ilə əməkdaşlıq etmişəm.

 

Necə oldu ki, MSK-nın media ictimai əlaqələr şöbəsinin müdiri oldunuz?

 

Açığı dövlət qulluqçusu olmaq, inzibati orqanlarda çalışmaq mənim üçün cəlbedici idi. Dəvət gələndə bəzi yoldaşlarla da məsləhətləşdim. Dost-tanışlarımın əksəriyyəti mənim bu işin öhdəsindən layiqincə gələcəyimə inandıqlarını bildirdilər. Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, MSK-da media ictimai əlaqələr şöbəsinin müdiri vəzifəsinin öhdəsindən gəlməyimdə sədr Məzahir Pənahovun dəyərli məsləhətlərinin ciddi dəstəyinin çox böyük rolu olub. Sağ olsunlar, jurnalist həmkarlarımın da dəstəyi mütləq qeyd olunmalıdır. İşlədiyim müddətdə MSK kollektivinin yardımını, diqqətini hər zaman hiss etmişəm. 11 ilə yaxın MSK-nın mətbuat katibi vəzifəsində çalışmışam.

 

Mətbuat xidmətinin rəhbəri olmaq çətin idi, yoxsa jurnalist?

 

Ümumiyyətlə, asan yoxdur. Əgər işinə vicdanla yanaşırsansa, can yandırırsansa, bütün çətinlikləri dəf edə bilərsən. Hər kəs vəzifəsindən asılı olmayaraq öz peşəsinin, vəzifəsinin məsuliyyətini daşımağa borcludur. Yoxsa bizdə xəstəlik səviyyəsinə çatmış bir mənfi xasiyyət var, hesab edirik ki, işlədiyimiz yerdə təsadüfiyik, burada olmağımız tarixi ədalətsizlikdir ən azı nazir müavini olmalıymışıq. İddialarımız imkanlarımızdan böyük olur. Nəticədə işi yola veririk faydalı əmsalı aşağı olduğundan lazımi keyfiyyəti əldə etmək mümkün olmur. O ki qaldı çalışdığım sahələrə, deyim ki, jurnalistika həqiqətən zəhmət tələb edən peşədir. Həm gərək öz üzərində işləyəsən, daima mütaliə edəsən, eyni zamanda da axtarışda olasan. Məmurluğun, mətbuat katibliyinin özünəməxsus çətinlikləri var. Mən hər iki sahədə bacardığım qədər çalışmışam ki, gördüyüm yaxşı, keyfiyyətli olsun. Deyilənlərə görə öhdəsindən pis gəlməmişəm.

 

Ümumiyyətlə, fəaliyyətinizin neçə ilini jurnalist, neçə ilini dövlət qulluqçusu kimi çalışmısınız?

 

Altı il jurnalistikada (3 il reportyor, 3 il baş redaktor) işləmişəm. 2003- il avqustun 18- Mərkəzi Seçki Komissiyası Katibliyinin şöbə müdirliyinə əmrim verilib. MSK-da fəaliyyətim bu ilin fevralın 19-na kimi davam edib. Dövlət qulluqçusu ixtisas dərəcəm dövlət qulluğunun müşaviridir. Mərkəzi Seçki Komissiyasında işdən ayrılandan sonra AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri olaraq çox qısa bir müddət çalışmışam. Ancaq övladlarımın təhsili ilə bağlı məsələləri həll edə bilmədiyimdən Azərbaycana qayıtdım. Hazırda işsizəm. Aradabir ölkə mediasında yazılarım çıxır.

 

Yəqin ki, siz jurnalist işləyərkən məlumat almağın çətinliklərini yaşamısınız?

 

Xüsusi çətinliyim olmayıb. İnformasiya almaqda mənim üçün heç vaxt problem yaranmayıb. Həmişə istənilən partiyada, yaxud qurumda mənbələrim olub. Bəzən olurdu ki, hansısa siyasi partiyadan eksklüziv informasiya, yaxud siyasilərdən partiyadaxili, yaxud başqa rəqibləri barədə kompramat almaq xatirinə yalan da danışırdıq. Özümüzü guya onların siyasi xəttinə, daşıdığı ideologiyaya, məfkurəyə yaxın adam kimi göstərirdik. Əksəriyyəti tora düşürdü. Jurnalist arxasınca getdiyi informasiyanı mütləq almalı, redaksiyaya ötürməlidir. Etiraf edək ki, bu da çox vaxt asan başa gəlmir.

 

Mətbuat katibi işlədiyiniz zaman olubmu ki, jurnalistlərlə konfliktlər yaşayasınız?

 

Konfliktə gedən adam deyiləm. Hesab etmirəm ki, işlədiyim dövrlərdə hansısa jurnalist məndən informasiya almaqda çətinlik çəkib. Heç vaxt olmayıb ki, hansısa sual cavabsız qalsın. Hətta elə olub ki, vaxtı bitəndən sonra da, istirahət günləri zənglərə, suallara cavab vermişəm. Amma Mətbuat Şurasınınqara siyahıya saldığı reket jurnalistlərlə arabir yüngül söz güləşdirməmiz olurdu. Onların məqsədi bizə məlum idi dillərini , məqsədlərinə yetirmədən könüllərini almağın yollarını da bilirdik. Amma bəzən lap üzlüsünə rast gələndə, layiq olduqları tərzdə danışmalı olurduq. Bir sözlə, işlədiyim müddətdə elə böyük konfliktlər yaşamamışam, amma xırda problemlər olub. Məsələn, özü bilmədən dövlət tədbirini pozmağa cəhd edən bir jurnalistlə yüngül konfliktimiz olmuşdu.

 

Jurnalistika həyatınızda yadda qalan hadisə olubmu?

 

Mənim jurnalist işlədiyim dövr çox maraqlı illərə təsadüf edir. 1997-ci ildən 2003- ilə qədər jurnalistikada olmuşam. O illərdə çox insanlar tanımışam. Həmin illərdə əldə etdiyim informasiyalar, qazandığım təcrübə dostlar hər zaman köməyimə çatıblar. Həmin dövrlərdə jurnalist işləmək maraqlı idi.

 

İlk məqalənizi xatırlayırsınızmı?

 

Analitik yazı idi, “Avrasiyada tərcüməçi işləyərkən yazmışdım. Adıİran inqilab ərəfəsindəidi. 1997-ci il İranı ilə 1978-79-cu illər Pəhləvi İranını müqayisə etmişdim. Mənim diplom işimin mövzusuİran islam inqilabı ərəfəsində Amerika-İran münasibətləriolub. Həmin dövrü pis bilmirdim. 1997-ci il İranın iqtisadiyyatı ilə bağlı rəqəmlər əldə etmişdim müqayisəli təhlil aparmışdım. İran 1997-ci ildə islam inqilabı ərəfəsində olduğu kimi hərbləşməyə az qala büdcənin yarısından çoxunu ayırırdı. Həmin hadisə ilə bağlı maraqlı bir tarixi əhvalatı danışım. İran islam inqilabı ərəfəsində ABŞ Departamentinin gənc eksperti İrandakı vəziyətlə bağlı hesabat hazırlayaraq göstərmişdi ki, Pəhləvi rejimi dövlət büdcəsinin yarısından çoxunu hərbləşməyə ayırır bu iqtisadiyyatın çökməsinə inqilaba səbəb ola bilər. O zaman təhlükəsizlik məsələləri üzrə president müşaviri olan Bzejinski həmin hesabatı kənara atmışdı demişdi ki, gəncdir, fikir verməyin. Bir müddət sonra İranda inqilab baş verdikdə, demişdi ki, həmin cavan oğlanı tapın gətirin. isə... Təhlil aparıb İranın inqilab ərəfəsində olduğunu yazmışdım. İranın o zamankı səfiri həmin yazı ilə bağlıAvrasiyaqəzetinə zəng edib mənimlə, baş redaktor İrfan Sapmazla danışmış, bizi səfirliyə dəvət etmişdi. Mən gələcəyimi dedim, amma getmədim. Amma deyəsən, İrfan bəy getmişdi.

 

İnqilabsa baş vermədi...

 

. 1997-ci ildə Xatəmi hakimiyyətə gəlmiş iqtidar islahata getmişdi.

 

Mətbuatda kimlərin yazılarını oxuyursuz hansı yönlü yazılar marağınıza səbəb olur?

 

Son vaxtlar çox təsadüfi hallarda müəllif yazıları oxuyuram. Yəni analitika, köşə yazıları diqqətimi çəkmir. Belə yazılar xüsusi diqqətimi çəkəndə oxuyuram. Gündəlik informasiyaları izləyirəm. Ədəbiyyat, mədəniyyətlə bağlı yazıları oxuyuram. Şeirlər, hekayələr, tənqidlər.

 

İndiki dövrdə gənclər müxtəlif mövzularda öz qələmlərini sınayırlar. Necə düşünürsüz uğurlu alınırmı?

 

Mən reportyor işlədiyim zamanlarda yazı prosesinə daha ciddi baxırdılar. İndi elə saytlar var ki, insan düşünür, onların redaktorları ya korrektorları yoxdur. Cümlədə durğu işarələrinin harada qoyulmasını belə bilmirlər. Orfoqrafik səhvlərə çox tez-tez yol verilir. Cümlədə bir feldən bir neçə dəfə təkrar istifadə olunur. Redaktə korrektura prosesi savaddan başqa, ciddi diqqət tələb edir. Adamın dili, qrammatikanı bilməsi o demək deyil ki, həmin şəxs həm yaxşı redaktor ola bilər. Vurğulamaq istərdim ki, rəsmi mətbuatda bu barədə problem yoxdur. Amma son vaxtlar görürsən ki, bəzi müstəqil media quruluşları da bu eyibləri aradan qaldıra biliblər. Bizim jurnalistlərlə bağlı bir məsələni qeyd edim ki, çox savadlı, bacarıqlı enerjili media mənsublarımız var. Onlara öz potensiallarını gerçəkləşdirmələri üçün müstəvi vermək lazımdır. Bir nümunə göstərim. CeyhungilinBilikfondundakı fəaliyyətinə diqqət yetirin. Adamlar həm yaradıcılıqla məşğul olur, həm fondda diqqəti çəkən işlər görürlər.

 

Bəs bundan sonra hansısa bir məqsədiniz varmı?

 

Mən fatalist adamam. Düşünürəm ki, alnımıza yazılıbsa, onu da görəcəyik. Amma o demək deyil ki, əməlin rasional məqsədli tipindən uzaq adamam. Əksinə, bütün işlərimi planlı məqsədli görürəm. Amma bötüvlükdə həyatı yaşamaqla bağlı təqvim planı tutanlardan deyiləm ki, ay bu yaşa qədər filan məqsədə çatım, o biri yaşa qədər bəhmən işi görüm.

 

Bəs, axtarmırsınız? İşsiz çətin deyil?

 

Təbii ki, axtarıram əlbəttə, çətindir.

 

Vəfa MƏMMƏDLİ
 





29.09.2014    çap et  çap et