525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu <b style="color:red"></b>

(əvvəli ötən saylarımızda) 
 

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridirBuradakı qədim tarixi abidələrmaddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.

 

1993- ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Bu, əsl mənada, milli hərəkata çevrildi nəticədə, Heydər Əliyev 1993- il iyunun 15- Azərbaycan Ali Sovetinin sədri seçilib. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil olub. Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş mübarizəsi zəfər çalıb. Bununla, dahi rəhbərin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlanıb. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi ölkənin parçalanması təhlükəsi aradan qalxıb. İyunun 24-dən isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993- il oktyabrın 3- ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb, Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994- il oktyabr 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, dövlət müstəqilliyi qorunub saxlanıb, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulub, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edilib. Bu  qayıdışla əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik kimi ümummilli, ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Böyük rəhbərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən etiraf edilən uğurlu cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlanıb. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alınıb, düşmənə əks-zərbələr endirilib 1994- ilin mayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olunub. Böyük siyasi xadimin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişib. ATƏT-in Lissabon sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə edib.

 

H.Əliyev ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərib. 1994- ilin sentyabrında BakıdaƏsrin müqaviləsiadını almış neft müqaviləsi bağlanıb. Bundan sonra Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar yeni-yeni sazişlərin imzalanması belə müqavilələrin sayını 21-ə, iştirak edən dövlətlərin iri şirkətlərin sayının isə müvafiq surətdə 15 33-ə çatdırılmasına imkan verib. Bütün bunlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla yanaşı, eyni zamanda, çox mühüm siyasi məna kəsb edir Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirən amil funksiyası daşıyır. Dahi öndərin yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, “Bakı-Supsaboru kəməri Bakı-Tbilisi-Ceyhanəsas ixrac boru kəməri tikilib istifadəyə verilib. Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb, 1998-ci ilin sentyabrında 32 ölkənin 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda konfransı keçirilib, konfrans proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul edib. Gürcüstan, Ukrayna, Azərbaycan Moldovanın daxil olduğu GUAM birliyinin yaradılmasında beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində Heydər Əliyev dühasının xidmətləri ölçüyəgəlməzdir. 1999-cu ilin aprelində GUAM ölkələri başçılarının Vaşinqton görüşündə Heydər Əliyev təşkilatın ilk sədri seçilib.

 

Ulu öndərin çoxşaxəli genişmiqyaslı fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi böhranın aradan qaldırılması tərəqqinin təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ölkə iqtisadiyyatında ilk artım meyllərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi inflyasiyanın qarşısının alınması, manatın alıcılıq qabiliyyətinin davamlı surətdə sabit saxlanması prioritet sahələr olub. O, demokratik,  hüquqi  dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının onun əsasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanunun bir sıra digər qanunların qəbulu əməli surətdə həyata keçirilməsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti insan hüquq azadlıqları sahəsində bütün beynəlxalq konvensiya sazişlərə qoşulub. Ölkə rəhbərininİnsan hüquq azadlıqlarının təmin edilməsi haqqında” 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan Respublikasının dünyaya Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaradıb, insan hüquq azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırıb, 1995-ci ilin mayında əfvetmə təsisatı bərpa edilib, 1995-2003- illərdə əfv fərmanlarına amnistiya aktlarına əsasən minlərlə məhbus cəzaçəkmədən tam ya qismən azad edilib, Azərbaycan 1996- ilin iyunundan Avropa Şurasınaxüsusi qonaqstatusu alıb, 2001-ci il yanvarın 25- isə onun tamhüquqlu üzvü olub.

 

Prezident Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirmiş, bu yolda ardıcıl mübarizə aparıb, problemin sülh yolu ilə həlli baş tutmadıqda, Qarabağın silahla azad ediləcəyini əzmlə bəyan edib. Türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində gərgin fəaliyyət göstərən ulu öndər türk dövlətləri başçılarının 1992-ci ildən işə başlamış zirvə toplantılarında müntəzəm olaraq fəal iştirak edib, türk xalqlarının birliyi naminə bir sıra dəyərli tədbirlərin həyata keçirilməsinə nail olub. Türk dövlətləri başçılarının 6- zirvə toplantısının (2000, aprel) Bakıda keçirilməsi bu böyük tədbirin türk dünyasının böyük ədəbi abidəsinin – “Kitabi-Dədə Qorqudeposunun 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi ilə eyni vaxta düşməsi bu baxımdan çox əlamətdardır. Hər iki tədbirin çox yüksək səviyyədə keçirilməsi bütün türk xalqlarının əsl bayramına çevrilməsi Azərbaycan liderini həm çağdaş türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrətləndirib.

 

Heydər  Əliyev  dahi  siyasi  dövlət xadimi olmaqla yanaşı, həm tarix, fəlsəfə, ədəbiyyat incəsənətin gözəl bilicisi, elmin mədəniyyətin himayədarı idi. Onun bilavasitə təşəbbüsü iştirakı ilə neçə-neçə ədəbiyyat, incəsənət elm xadimlərinin yubileyləri keçirilib, onların fəaliyyəti yüksək dövlət mükafatları fəxri adlarla qiymətləndirilib, abidələri ucaldılıb. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan qocaman sənətkarlara, istedadlı gənc şair yazıçılara, müxtəlif yaradıcılıq sahələrində ümidverici yeniyetmələrə fərdi təqaüdlər təyin etməsi mədəniyyətimizin inkişafına ulu öndərin böyük qayğısının bariz nümunələrindəndir.

 

Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri, türk xalqları dövlətləri arasında əlifba dil birliyinin təmin edilməsi bir çox digər sahələrdə çoşğun fəaliyyəti möhtərəm Heydər Əliyevə böyük şöhrət gətirib.

 

Azərbaycan xalqı, mütərəqqi beynəlxalq ictimaiyyət ulu öndər Heydər Əliyevin anadan olmasının 75, 80 85 illiyini böyük təntənə ilə qeyd edib. Azərbaycanda bir sıra xarici ölkələrdə xalqımızın ümummilli liderinin Azərbaycanın dövlət müstəqilliyi tərəqqisi naminə titanik fəaliyyətindən bəhs edən silsilə kitablar, kitab-albomlar nəşr olunub, kinofilmlər yaradılıb. O,  bir  sıra  xarici  ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye Adamları Vakfının 1997-ci ilin insan haqları ilin dövlət adamı mükafatına, “İpək Yolu Fondunun təsis etdiyiİpək Yolu Xidmət Mükafatına (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülüb, dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görəQızıl fortunaBeynəlxalq Reytinq Təşkilatının ali mükafatı olanQızıl Ulduz” (“Qloriya populi”) ilə təltif olunub. (2001).

 

Ulu öndər 2003- il, dekabrın 12- ABŞ-ın Klivlend klinikasında dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda dəfn olunub. Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının, bütün türk-islam dünyası mütərəqqi bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil olub. Dahi rəhbər əbədiyyət dünyasına arxasınca irəliləyən milyonlarla azərbaycanlınıdoğma xalqını birləşdirərək qovuşub. Ulu öndərin adı geniş miqyasda əbədiləşdirib, anadan olduğu Naxçıvan şəhərində Heydər Əliyevin büstü (1983) heykəli (2007) ucaldılıb, Heydər Əliyev muzeyi (1999) yaradılıb. Azərbaycanın bütün rayon, şəhər, böyük qəsəbə kəndlərində Heydər Əliyev bağ parkları, meydanları salınıb, bulaq-abidə kompleksləri, pannolar inşa edilib. Kiyevdə Heydər Əliyev adına Siyasi Elmlər Beynəlxalq Münasibətlər İnstitutu fəaliyyət göstərir. Heydər Əliyev məktəbləri universitetlərində elmi-nəzəri mühazirələr, məruzələr dinlənilir, seminarlar keçirilir. 

 

Azərbaycan xalqının ümummilli liderinin, müstəqil Azərbaycan dövlətinin memarı qurucusunun şərəfinə 2005-ci ildəHeydər Əliyevordeni təsis edilib.

 

S.ABDULLAYEVA

 





29.09.2014    çap et  çap et