525.Az

Nigeriyada qızılca epidemiyası:19 uşaq öldü


 

Nigeriyada qızılca epidemiyası:<b style="color:red">19 uşaq öldü</b>

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində baş verən qızılca epidemiyası səbəbilə 19 uşaq həyatını itirib.

525.az xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlandığını və onlardan 19-nun öldüyünü bildirib.

Bölgəyə tibb personalı və dərmanların sürətlə göndərildiyini bildirən Tanqvami, ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyini qeyd edib.

Məhəmməd Tağıyev

 





29.04.2024    çap et  çap et