525.Az

Türkiyədə terrorçuya 1794 il həbs cəzası


 

Türkiyədə terrorçuya 1794 il həbs cəzası<b style="color:red"></b>

İstanbul məhkəməsi İstiqlal prospektində hücumu həyata keçirən terrorçuya 1794 il həbs cəzası verib.

525.az bu barədə TRT kanalına istinadən məlumat yayır.

“Müttəhim Əhlam Əlbəşir İstiqlal küçəsində törədilən hücuma görə 1794 il həbs cəzasına məhkum edilib”, -  deyə kanalın məlumatında deyilir.

Qeyd edək ki, 2022-ci il noyabrın 13-də Türkiyənin paytaxtında İstiklal küçəsində terror aktı baş verib. Partlayış nəticəsində 81 nəfər yaralanıb.

Havar Şəfiyeva

 





29.04.2024    çap et  çap et