525.Az

Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb


 

Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb<b style="color:red"></b>

Şimali Koreya hakimiyyəti iki Koreyanı ayıran hərbisizləşdirilmiş zonada Koreyalararası yola minalar yerləşdirib.

525.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ötən ilin sonlarında Cənubi Koreya hərbçiləri Pxenyanın Seuldan 85 kilometr aralıda, Çeolvon bölgəsindəki hərbsizləşdirilmiş zona daxilində torpaq yola mina qoyduğunu aşkar ediblər. Nəşrin həmsöhbəti bunu Koreyalararası yolların bağlanması üçün tədbirlər silsiləsinin son addımı adlandırıb.

Havar Şəfiyeva  

 





29.04.2024    çap et  çap et