525.Az

BİZ qardaşlaşdıq, bəs SİZ?


 

BİLİK FONDUNUN “QARDAŞLAŞMIŞ MƏKTƏBLƏR” LAYİHƏSİNİN ƏKS-SƏDASI

BİZ qardaşlaşdıq, bəs SİZ?<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2014- il mayın 7- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə yarandı. Avropanın əksər ölkələrində eyni funksiyanı yerinə yetirən cəmiyyətlər var. Maarifləndirmək dünyəvi əbədi missiyadır. Bilik Fondu bütün fəaliyyətini bu missiya çərçivəsində qurub. Əhalinin elmi biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dini dəyərlərin təbliği, ölkənin daxili xarici siyasətinin mahiyyətinin ictimaiyyətə ətraflı çatdırılması Bilik Fondunun əsas fəaliyyət istiqamətidir. Bilik Fondunun ölkəmizin tanınmış dəyərli ziyalılarından ibarət olan Himayəçilik Şurası Fondun fəaliyyətinə yaxından köməklik göstərirlər. Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti akademik Akif Əlizadə Fondun fəaliyyəti ilə maraqlanaraq öz tövsiyyələrini verir. Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri, Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev mütəmadi olaraq Fondun əməkdaşları, ekspertlər şurası ilə görüşür, Fondun fəaliyyətinin daha effektiv şəkildə qurulması üçün layihə icraçılarına treninqlər keçir.

Bilik Fondunun həyata keçirdiyi bir sıra layihələrin ideya müəllifi olan akademik Kamal Abdullayev həm icra olunan layihələrin birbaşa iştirakçısıdır.

Dini abidələrdə tarixin izləri”, “Auditoriya+”, “Ustad şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültəsi”, “Epizod”, “Məscid kitabxanası”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycandalayihələrinin adları görülən işlərin mahiyyətini açır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu öz xalqının, millətinin maariflənməsi işinə bütün ömrünü həsr etmiş ləyaqətli insanların yolunu müasir zamanın tələblərinə uyğun olaraq davam inkişaf etdirir. Bu yolun bizdən əvvəl olan yolçuları şərəfli  müdrik azərbaycanlı alimlərYusif Məmmədəliyev, Həsən Əliyev, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Bəxtiyar Vahabzadə başqaları olub.

Bilik Fondu ilk layihəsini – “İlboyu bilikproqramı çərçivəsindəQardaşlaşmış məktəblərlayihəsinin birinci mərhələsini sona çatdırıb. Fondun bu layihəsi Respublika prezidenti İlham Əliyevin təşəbbüsü iləÖlkəmizi tanıyaqlayihəsinin sanki davamıdır. Müxtəlif bölgələrin 20 məktəbi arasında Qardaşlaşma müqaviləsi imzalanıb, akademiklər, professorlar, elmlər namizədləri, diplomatlar Bilik Günü 70-dən çox məktəbdə dərs keçiblər. Layihə paytaxtın regionların bütün KİV orqanlarında geniş təqdim edilib.

Layihədə iştirak edən müəllimlər şagirdlər təəssüratlarını bizimlə bölüşüblər.

Bu duyğunu heç əvəzləyə bilməz

Ağdam şəhəri Quzanlı qəsəbəsi tam orta məktəbinin direktoru Rafiq Əliyev:

- Yeni yaranmasına baxmayaraq, bütün ölkə miqyasında böyük işlər görən Bilik FondununQardaşlaşmış məktəblərlayihəsi alqışlanasıdır. Bu layihənin iştirakçısı olmaqdan böyük zövq aldım. Məktəbimiz cəbhə bölgəsindədir. Şagirdlərimiz unudulmaz iki gün yaşadı. İndiyə qədər uşaqlar bu görüşdən danışırlar. Soruşurlar ki, davamı vaxt olacaq,  yenə vaxt  görüşəcəyik?.. Uşaqların hamısı bir-birinin telefon nömrəsini, elektron poçtunu götürüblər, yazışırlar, dostluqlarını möhkəmləndirirlər. Həyat elədir ki, bizim uşaqların bütün ömrü boyu yolu Astaraya düşməyə bilərdi, astaralılar da Ağdama gəlməyə bilərdi, rastlaşmazdılar. Amma bu layihə çərçivəsində, uzun illər sürəcək dostluqların təməli atıldı. Astaralı balalarımızın cəbhə bölgəsinə yaxın Dövlət Hərb muzeyindəki real eksponatları görəndə keçirdikləri duyğunu heç əvəzləyə bilməz. Hamımız mütəəssir olmuşduq. Hələ mən bilik viktorinasını demirəm, uşaqlara necə ləzzət veribsə, gündə qapımı döyüb yeni bir ideyayla, təkliflə gəlirlər, gələcək görüşlərin planını cızırlar. Bütün bunlara görə Bilik Fonduna sonsuz təşəkkür edirik.

Sumqayıt şəhər  general Həzi Aslanov adına 22 saylı orta məktəbin direktoru Tahirə Səfərova:

Bizim məktəbdə təhsil rus dilindədir, uşaqlarımız ana dillərində danışan yaşıdları ilə dost oldular, ünsiyyət qurdular. İndiyə qədər Quba təəssüratlarından danışırlar. Quba Soyqırımı Memorial Kompleksində hamımız çox kövrəldik, bu səfər uşaqların beyninə həkk olundu.  Abidə barədə eşitmək, televizorda izləmək başqa, o kompleksdə olmaq, o dəhşətləri öz gözləri ilə görmək başqadır. Şagirdlərimiz həm yerli məsciddə, həm sineqoqda oldular, yəhudi mədəniyyəti barədə bilgi əldə etdilər.

Şagirdlərimdən biri deyir ki, Quba səfərindən sonra müxtəlif dinlər, dillər mədəniyyətlər barədə araşdırma aparmaq həvəsinə düşüb. Məktəblilər internet vasitəsilə ünsiyyət saxlayırlar, gələcək görüşlərin planlarını qururlar.

Təkcə şagirdlər yox, biz məktəb direktorları da bir-birimizin planı, prinsipləri ilə tanış olduq. Onu demək istəyirəm ki, “Qardaşlaşmış məktəblərlayihəsi çərçivəsində görülən işlər nəzərdə tutulan çərçivədən daha geniş oldu.

Horadiz şəhər F.Mehdiyev adına 2 saylı tam orta məktəbin direktoru Ləman Əliyeva:

- Sentyabrın 11- Mingəçevir şəhər Texniki-humanitar liseyi ilə Horadiz şəhər, F.Mehdiyev adına 2 saylı tam orta məktəbi arasında qardaşlıq körpüsü quruldu. Həmin gün Mingəçevir məktəbliləri Horadiz şəhərinə qonaq gəlmişdi. İlk dəqiqədən şagirdlərimiz bir-biri ilə ünsiyyət qurmağı bacardılar. Bilik Fondunun təşkil etdiyiQardaşlaşmış məktəblərlayihəsi müəllimlərimizi şagirdlərimizi çox məmnun etdi. Şagirdlərimiz bilik yarışında iştirak etdilər. Bilik Fondu şagirdlərimizə dövlətçilik, vətənpərvərlik, azərbaycançılıq məfkurəsini aşıladı, ölkəmizin tarixi mədəniyyətinə, xalqımızın milli- mənəvi dəyərlərinə dair bilikləri təbliğ etdi. Bilik Fondunun məqsəd məramı maraqlı, həm rəngarəngdir. Bu layihə şagirdlərimizə həm qonaqpərvərliyi öyrətdi. İnanırıq ki, layihəmiz uzunömürlü olacaq bütün Azərbaycan məktəblərini əhatə edəcək.

Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Leyla İsayeva:

- Çox sevinirik ki, bizim məktəb Bilik Fondunun bu gözəl layihəsinə qoşulub. Bakı şəhəri 145 saylı məktəb bizim qonağımız oldu. Uşaqlar həm dostlaşdılar, həm əyləndilər, həm xeyli yeni məlumatlar öyrəndilər. Bakı məktəbliləri Ağstafada açıq səma altında salınan Tarixi Müasir Abidələr Parkı ilə tanış oldular, çox bəyəndilər. İnanın, uşaqlar o qədər bir-birlərinə isinişdilər ki, kimin hansi məktəbin şagirdi olduğu seçilmirdi. İndi bizim məktəb Bakıya qonaq getməyə hazırlaşır. İmzaladığımız Qardaşlaşma haqqında müqaviləyə görə, birgə tədbirlərimiz olacaqdəyirmi masalar, diskussiyalar, görüşlər keçirəcəyik, bilik yarışmalarımız olacaq.    

İnanırıq ki, bir gün onları Şuşaya da aparacağıq

Şuşa şəhəri Malıbəyli 1 saylı kənd tam orta məktəbinin şagirdi Ağəli Həsənov:

- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FondununQardaşlaşmış məktəblərlayihəsi əsasında Gəncə şəhərində olduq. Şəhərin tarixi yerlərini gəzdik. Nizami Gəncəvi, Məhsəti Gəncəvi muzeylərini ekskursiya etdik. Nizami, Məhsəti haqqında xeyli bilgilər qazandıq. 43 saylı Gəncə tam orta məktəbi ilə Qardaşlıq sazişi imzaladıq. Bu sənəd bizim üçün daha çox mənəvi əhəmiyyət daşıyır. İndi Gəncə məktəblilərini qarşılamağa hazırlaşırıq. Səfər boyu onlara Şuşa haqqında valideynlərimizdən eşitdiklərimizi danışdıq. Biz dostlarımızın yolunu gözləyirik. İnanırıq ki, bir gün onları Şuşaya da aparacağıq.

Şamaxı rayonu Sabir qəsəbə məktəbinin şagirdi Aysel Məmişova:

- Bu layihə bir çox məktəblər kimi Şamaxı Bərdə məktəblərini birləşdirdi, doğmalaşdırdı. Biz təsəvvürümüzə belə, gətirə bilməzdik ki, bir gün içində Bərdədən dostlar tapacağıq. Onlarla bir yerdə olduğumuz iki gün çox gözəl keçdi. Bilik yarışmasında təbii ki, udan uduzan oldu. Ancaq mən hansı məktəbin qalib gəldiyini demək istəmirəm. Axı biz doğma adamlarıq. Əsas odur ki, o sualların cavablarını indi hər birimiz əzbər bilirik. Böyük səbirsizliklə layihənin ikinci mərhələsini gözləyirik. Bərdəli dostlarımızı Şamaxıda qarşılayacağımız gün bizim üçün bayram olacaq.

Bakılılar Şəki ləhcəsində danışırdılar

Bilik Fondunun əməkdaşı Sərxanbəy Xuduyev:

- Bakının Səbail rayonunun 190 saylı məktəbi ilə Şəki şəhər N. Gəncəvi adına 7 nömrəli orta məktəbin görüşündə iştirak etdim. Şəki məktəbliləri Bakı məktəblilərini çox böyük sevinclə qarşıladılar, yəni bu sevinc quraşdırma deyildi, səmimi, təbii hiss idi. Heydər Əliyev muzeyində olduq. Uşaqlar artıq elə dostlaşmışdılar, elə mehribanlaşmışdılar ki, sanki çoxdanın tanışlarıdırlar, növbəti dəfə görüşürlər. Xüsusən qızlar tez qaynayıb-qarışdılar. Bir-birilərinə hədiyyələr verdilər. Şəkililər bakılılara üstündə Şəkinin əksi olan suvenirlər, bakılılar isə şəkili yaşıdlarına Bakı haqqında kitablar bağışladılar.

Şəkini səyahətə çıxmışdıq. Həm Şəki, həm Bakı məktəbliləri əyinlərindəBilik Fonduyazılmış köynəklərdəydi. Bizi polis nəfərləri müşayiət edirdi. Sonradan eşitdik ki, şəhərdə polis müşayiəti ilə gəzən ağköynəklilərdən danışırlar. Kafeyə girəndə isəqardaşlaşanlar gəldilər” – deyib, uşaqların qulluğunda dururdular. Yerli əhali bizə çox isti münasibət göstərirdi. O qədər mehriban münasibətlər yarandı ki, sonuncu gün Bakı məktəbliləri Şəki ləhcəsində danışırdılar. Səhərə qədər Şəki lətifəsi danışıb, gülürdülər.

Məktəblilərin bir-biriləri üçün təqdimatları çox maraqlı idi. 190 saylı məktəbin şagirdləri Bakı haqqında 30 dəqiqəlik videoda Bakının tarixindən danışdılar. Ardınca oxuduqları məktəb haq     qında məlumat verdilər. Şəki məktəbliləri doğma rayonlarını məktəblərini Bakıdan olan dostlarına tanıtdılar. Qayıdanda  bizi təkcə Şəki məktəbliləri yox, Şəki camaatı yola salırdı. 

 





29.09.2014    çap et  çap et