525.Az

“Anti-Facebook” quruldu


 

“Anti-Facebook” quruldu<b style="color:red"></b> İstifadəçilərin “anti-Facebook” adlandırdığı yeni “Ello” sosial şəbəkəsi internet məkanında sürətlə populyarlaşır.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, məşhur "Facebook” şəbəkəsinin antipodu kimi yaradılan “Ello”-nun (www.ello.co) başlıca prinsipləri reklamın olmamasında və istifadəçilərin şəxsi həyatının toxunulmazlığındadır. 
 
“Demək olar, hər ikinci sosial şəbəkə reklamçıların nəzarətindədir. Sizin arxanızda onlar çoxlu casus proqramlardan istifadə edirlər ki, etdiyiniz hərəkətlərin hamısını qeydə alsınlar. Sonradan məlumatlar hərracdan reklamçılara və informasiya agentlərinə satılır”, - məlumatda deyilir.
 
“Ello”-da akkauntu yalnız şəbəkə istifadəçilərindən birinin dəvəti, eləcə də müraciət göndərməklə açmaq mümkündür.

“AsiaOne” nəşrinin məlumatına görə, “anti-Facebook”a məhdud təklifin və yüksək tələbatın olması ilə əlaqədar olaraq "eBay” internet mağazasında şəbəkəyə dəvətlər saatı 500 dollara satılmağa başlayıb, həmçinin ötən həftə akkauntun alınması üçün sorğuların sayı saatda 35 minə çatıb, - “RİA Novosti” yazır. 
 





30.09.2014    çap et  çap et