525.Az

Estoniya Rusiyanı uçuşların GPS siqnallarına müdaxilə etməkdə günahlandırır


 

Estoniya Rusiyanı uçuşların GPS siqnallarına müdaxilə etməkdə günahlandırır<b style="color:red"></b>

Finlandiyanın Finnair aviaşirkəti Tartu şəhərinə uçuşları ləğv etdikdən sonra Estoniya Rusiyanı təyyarələrin GPS sisteminə müdaxilə etməkdə ittiham edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Estoniyanın ictimai yayımı ERR-ə danışan Estoniyanın xarici işlər naziri Marqus Tsahkna təyyarənin GPS sisteminə müdaxiləni “hibrid hücum” kimi qiymətləndirib və hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Tsahkna, məsələni AB və NATO-da gündəmə gətirməyi planlaşdırdığını ifadə edərək: "Rusiya onların yaratdığı müdaxilənin hava nəqliyyatımız üçün çox təhlükəli olduğunu çox yaxşı bilir. Bu, gündəlik həyatımızın axınını pozan, düşünülmüş bir hərəkətdir”, - deyib.

Malik Atilay 

 





30.04.2024    çap et  çap et