525.Az

Avtovağzal oktyabrın 2-dən gücləndirilmiş iş rejiminə keçəcək


 

Avtovağzal oktyabrın 2-dən gücləndirilmiş iş rejiminə keçəcək<b style="color:red"></b> "Qurban bayramı günlərində sərnişin sıxlığını nəzərə alaraq, reysə əlavə 200 nəqliyyat vasitəsi çıxarılacaq".
 
Bunu Lent.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib. O qeyd edib ki, avtovağzal oktyabrın 2-dən gücləndirilmiş iş rejiminə keçəcək: “Bu, oktyabrın 7-nə kimi davam edəcək”. 
 
Növbə rəisi bildirib ki, Beynəlxalq Avtovağzal bayramın son günlərində rayonlardan geri dönən sərnişinləri də nəzərə alıb:
 
"Oktyabrın 7-dən başlayaraq, rayonlardan Bakıya dönən sərnişinlərin bölgə vağzallarında sıxlığının yaranmaması üçün tədbirlər görüləcək. Belə ki, həmin günlərdə rayonlara əlavə nəqliyyat vasitələri cəlb ediləcək".
 





30.09.2014    çap et  çap et