525.Az

Oktyabrın ilk günü temperatur yüksələcək


 

Oktyabrın ilk günü temperatur yüksələcək<b style="color:red"></b> Sabah temperatur bir qədər yüksələcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, oktyabrın ilk günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 15-17, gündüz 20-24 dərəcə isti olacaq.
 
Əksər rayonlarda sabah hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacaq.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
 
 





30.09.2014    çap et  çap et