525.Az

“Şərq” qəzetinin baş redaktoru BDU-nun Jurnalistika fakültəsində


 

“Şərq” qəzetinin baş redaktoru BDU-nun Jurnalistika fakültəsində<b style="color:red"></b>

“Şərq” qəzetinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlının Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşü olub.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Görüşdə fakültənin dekan müavini Samir Mirzəyev “Şərq” qəzetinin yeni dövr Azərbaycan mətbuatı tarixindəki yerindən bəhs edib.

Sonra A.Aşırlı tələbələrə mətbuat tarixinin maraqlı məqamları ilə bağlı məlumat verib. O, müstəqilliyin bərpasından sonra Azərbaycanda çap mediasının fəaliyyəti, inkişaf istiqamətləri haqqında danışıb.

Texnologiyanın inkişafı ilə əlaqədar çap mediasına marağın azalmasından bəhs edən Akif Aşırlı qəzetçiliyin yeni medianın tələblərinə uyğunlaşmasından, sosial media platformalarında qəzetin təmsil olunmasından söhbət açıb. O, eyni zamanda, tələbələri “Şərq” qəzetində yazılar dərc etdirməyə çağırıb.

Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sevinc Qarayeva 

 





02.05.2024    çap et  çap et