525.Az

Nazirlərin oktyabr ayı üçün qəbul cədvəli


 

Nazirlərin oktyabr ayı üçün qəbul cədvəli<b style="color:red"></b> Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri – nazirlər, komitə sədrləri gələn ay da rayonlarda vətəndaşları qəbul edəcəklər.
 
525.az AzərTAc-a istinadən həmin qəbul qrafikini təqdim edir: 
 
Oktyabrın 3-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Siyəzən şəhərində Siyəzən, Xızı və Şabran sakinlərini qəbul edəcək.
 
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev oktyabrın 9-u Lənkəran şəhərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı sakinləri ilə görüşəcək.
 
Təhsil naziri Mikayıl Cabbarov isə Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd sakinlərini oktyabrın 13-ü Tərtərdə qəbul edəcək.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovla görüş Yevlaxda olacaq. Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Bərdə, Tərtər sakinləri oktyabrın 16-da Arzu Rəhimovun qəbuluna gedə bilər.
 
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərini oktyabrın 17-də Gəncədə qəbul edəcək.
 
Kənd təsərrüfatı naziri Heydər Əsədov iki bölgədə qəbul keçirəcək. Belə ki, nazir ilk olaraq oktyabrın 17-də Sabirabad şəhərində Sabirabad, Saatlı, İmişli, Hacıqabul sakinlərini qəbul edəcək. Oktyabrın 29-u isə Xaçmaz şəhərində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı sakinləri ilə görüşəcək.
 
Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 17-si Salyanda Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad sakinlərinin şikayət və təkliflərini dinləyəcək.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin də qəbul günü oktyabrın 17-nə təsadüf edir. O, Ağsu şəhərində Ağsu, Göyçay, Kürdəmir, Ucar sakinlərini qəbul edəcək.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 21-i Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçaladan olan vətəndaşları qəbul edəcək.
 
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Göyçayda oktyabrın 24-ü Göyçay, Ucar, Kürdəmir sakinləri ilə görüşəcək.
 
Gənclər və idman naziri Azad Rəhimovun qəbul günü isə oktyabrın 24-ü Lənkəranda baş tutacaq. O, Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı sakinlərini qəbul edəcək.
 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmək istəyən vətəndaşlar oktyabrın 24-ü Ağdam şəhərinə getməlidir. Nazir Ağdam, Bərdə, Tərtər, Yevlax, Goranboy, Xocalı sakinləri ilə görüşəcək.
 
Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 24-ü Mingəçevirdə Mingəçevir və Samuxdan olan vətəndaşları qəbul edəcək.
 
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbul günü oktyabrın 24-ü Biləsuvarda olacaq. O, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlıdan olan vətəndaşlarla görüşəcək.
 
Daxili işlər naziri Ramil Usubov Gəncədə oktyabrın 25-i Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən sakinlərinin şikayət və təkliflərini dinləyəcək.
 
Ədliyyə naziri Fikrət Məmmədov Füzuli, İmişli, Beyləqan, Xocavənd sakinləri ilə oktyabrın 29-u Füzuli şəhərində görüşəcək.
 
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 30-u Qusarda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən sakinlərini qəbul edəcək.
 
Vergilər naziri Fazil Məmmədov oktyabrın 30-u Salyan şəhərində Salyan, Neftçala, Saatlıdan olan vətəndaşlarla görüşəcək. 
 
Baş prokuror Zakir Qaralovla vətəndaşların görüşü oktyabrın 31-i Tərtərdə baş tutacaq. Baş prokuror Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın sakinləri ilə görüşəcək.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbul günü isə oktyabrın 31-i İsmayıllıda baş tutacaq. O, İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan sakinlərini qəbul edəcək.
 
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qobustanda Qobustan, Abşeron, Şamaxı, Ağsu sakinlərini qəbul edəcək. Görüş oktyabrın 31-i baş tutatcaq.
 
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev oktyabrın 31-də Şəmkir, Gədəbəy, Samux sakinlərini qəbul edəcək. Görüş Şəmkirdə keçiriləcək.
 





30.09.2014    çap et  çap et