525.Az

Parisdə yanğın: 3 ölü


 

Parisdə yanğın: <b style="color:red">3 ölü</b>

Fransanın paytaxtı Parisdə bir binada baş verən yanğında 3 nəfər həyatını itirib.

525.az xəbər verir ki, Parisin 2-ci bölgəsində İtalyanlar Bulvarı yaxınlığındakı binada gecə yarısı yanğın baş verib. Yanğınsöndürənlər binanın 6 və 7-ci mərtəbələrini əhatə edən yanğına müdaxilə edərək söndürüblər.

Qruplar səhər saatlarında yanğının başladığı mənzildə 3 nəfərin cəsədini aşkarlayıb, hadisə nəticəsində bir nəfər isə yaralanıb. Yanğının binanın 7-ci mərtəbəsində yerləşən mənzildə qaz sızmasından baş verdiyi bildirilib.

Məhəmməd Tağıyev

 





02.05.2024    çap et  çap et