525.Az

ABŞ-də tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb


 

ABŞ-də tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb<b style="color:red"></b>

ABŞ-nin Oklahoma və Ayova ştatlarında tornadolar nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Hughes County Fövqəladə Səhiyyə Xidmətinin verdiyi açıqlamaya görə, Oklahoma ştatında biri uşaq olmaqla 4 nəfər, Ayova ştatında isə bir nəfər tornado səbəbindən həyatını itirib.

Ayova və Oklahoma ştatlarında ölənlərin sayı 5-ə yüksəlib.

Zərərdən sonra təmizlik işlərinə başlanılan Oklahoma ştatında xəstəxanalarda təxminən 100 yaralı var.

Tornadoların təsirlərinin sıx şəkildə hiss olunduğu Oklahoma Sitidən cənubda 5 minə yaxın əhalisi olan Sulphur şəhərində təxminən 30 nəfər yaralanıb.

Bundan başqa, Oklahomada baş verən və ölkənin cənubundakı Holdenvil qəsəbəsini vuran tornadolar nəticəsində 2 nəfərin öldüyü açıqlanıb.

Malik Atilay 

 





02.05.2024    çap et  çap et