525.Az

Aİ-nin "Meta" ilə bağlı araşdırması


 

Aİ-nin "Meta" ilə bağlı araşdırması<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) "Meta"ya qarşı platformalarında aldadıcı reklamlar və dezinformasiya ilə mübarizə kimi sahələrdə İttifaq qaydalarına əməl edilmədiyi səbəbi ilə araşdırma başladıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, Aİ Komissiyası "Meta"nın Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

Açıqlamada "Meta"nın qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri öncəsi effektiv seçki müşahidə sistemi qurmadığı vurğulanıb və şirkətin xidmətlərdə qeyri-qanuni məzmunu qeyd etmək və bildirmək mexanizmlərinin Aİ qaydalarına uyğun olmadığı qeyd edilib.

Malik Atilay 

 





02.05.2024    çap et  çap et