525.Az

Tbilisidə aksiyanın dağıdılması zamanı 6 polis yaralanıb


 

Tbilisidə aksiyanın dağıdılması zamanı 6 polis yaralanıb<b style="color:red"></b>

Tbilisidə aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşının yaralandığı məlum olub.

525.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin altı əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb”, - Gürcüstan XİN rəhbərinin müavini Aleksandr Daraxvelidze bildirib.

Qeyd edək ki, aprelin 29-da gürcü deputatlar xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyiblər. İllik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, qeyri-hökumət təşkilatları və medianın qeydiyyatdan keçməsini tələb edir.

Havar Şəfiyeva

 





02.05.2024    çap et  çap et