525.Az

Ostin Qallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib


 

Ostin Qallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib<b style="color:red"></b>

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını müzakirə edib.

525.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ostin və Qallant telefon danışığı aparıb. Tərəflər əsir mübadiləsi razılaşma prosesini, humanitar yardım səylərini və İsrailin Rəfah şəhərinə gözlənilən quru hücumunu müzakirə edib.

Ostin bütün əsirlərin azad edilməsinə dair şərtsiz öhdəliklərini təkrarlayaraq, bölgədəki yardım işçilərinin və mülki şəxslərin təhlükəsizliyini təmin edərək Qəzzəyə humanitar yardım axınının artırılmasının vacibliyini vurğulayıb.

Məhəmməd Tağıyev

 





03.05.2024    çap et  çap et