525.Az

Müdrik siyasətin uğurlarının təməl nöqtəsi - “Əsrin müqaviləsi”


 

Müdrik siyasətin uğurlarının təməl  nöqtəsi - “Əsrin müqaviləsi”<b style="color:red"></b>

1994- il sentyabrın 20- Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində 4 dildə öz əksini tapmışdıır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" doktrinası uğurla həyata keçirilməyə başlandı. Artıq möhtəşəm "Əsrin müqaviləsi"nin imzalanmasından 20 il keçir. Bu müqavilənin ölkəmiz dünya üçün qədər əhəmiyyətli olduğu indi daha aydın görünür. Ulu öndər dahi müdrik lider Heydər Əliyev böyük iradə hesabına bu müqavilənin imzalanmasına nail oldu. 1994- ilə ölkəmizin düşdüyü vəziyyəti xatırlayaq: ərazimizin 20%-ə qədəri işğal olunmuş, sənaye kənd təsərrüfatı tənəzzülə uğramış, siyasi böhran kritik həddə çatmışdır. Bizi hər zaman xarici təhdidlər, siyasi, hərbi iqtisadi təzyiqlər gözləyirdi. Belə olan halda xarici investorlarda güvənci itmiş bir ölkəyə investisiya qoymaq istəyini yaratmaq onları əsrin ən böyük layihələrindən birinin icrasına cəlb etmək olduqca müşkül məsələ idi. Həmin anı cənab İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

Xəzərin statusunun müəyyənləşməməsi onun dibinin pay bölgüsünün razılaşdırılmaması problemi daha da çətinləşdirirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik uzaqgörənliklə, dərin inam qətiyyətlə, məqsədyönlü ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir: "1994- ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

Bu müqavilə ilk növbədə Azərbaycanı siyasi təklənmədən mühafizə etdi. Azərbaycanı öz ölkəsinin enerji təhlükəsizliyini təmin edən, eyni zamanda dünyanın enerji təhlükəsizliyinin təminatında əsas ölkələrdən birinə çevirdi. Beləliklə, Azərbaycanın neft sənayesinə misli görünməmiş investisiya qoyuldu. 1997-ci ildə "Əsrin müqaviləsi" üzrə ilk neft hasil oldu. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilməsi müqavilə üzrə çıxarılan neftin birbaşa okeana çıxışını təmin etdi. Bu, dünyanın ən keyfiyyətli neftlərindən olan Bakı neftini daha az nəqliyyat məsrəfləri ilə, daha təhlükəsiz olaraq daha tez dünya bazarına çıxarmaya imkan verdi.

Neft fondunun yaranması ölkədə iqtisadi sosial inqilaba səbəb oldu. Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Allah tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Azərbaycan Dövlət Neft Şirkəti nüfuzlu transmilli şirkətə çevrildi. Bu şirkət indi özü beynəlxalq layihələrin ən iri investorlarından birinə çevrilib.

Müdrik dəqiq iqtisadi siyasət ölkəmizdə Holland sindromunun yaşanması təhlükəsini aradan qaldırdı. Neftdən gələn gəlirlər ölkənin qeyri-neft sektorunun inkişafına yönəldildi. Ölkədə misli görünməmiş sosial layihələr həyata keçirildi. Yüzlərlə yeni məktəblər tikildi, əsaslı təmir olundu, bütün bölgələrdə diaqnostika mərkəzləri, ən müasir xəstəxanalar, çox istiqamətli idman kompleksləri yaradıldı. Bütün bölgələr sürətlə inkişaf etdi bu gün etməkdədir. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, şagirdlərə dərsliklər pulsuz verilir.  Aqrar sənayenin  faktiki olaraq yoxdan yaradılması sürətli inkişafı məhz neftdən gələn gəlirlər hesabına mümkün oldu.

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək yolunun bərpa inkşaf olunmasına dair beynəlxalq forum keçirildi. Həmin forumda dünyanın 42 ölkəsinin nümayəndəsi iştirak etmişdi ki, onlardan səkkizi prezidentləri ilə təmsil olunmuşdu. 1998-ci ilin sentyabrında Heydər Əliyevin həmin Forumda qeyd etmişdir: "Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığın inkişafında, sülhün qorunmasında, hər bir ölkə ümumiyyətlə bütün Avrasiya məkanına firavanlıq rifahlığın gətirilməsində öz tarixi rolunu oynayacaqdır".

Bakı-Tbilisi-Qars dəmir yolunun Bakı-Ərzurum qaz kəmərinin çəkilişi neft gəlirləri hesabına mümkün oldu.

"Əsrin müqaviləsi"nin 20 illiyinin bayram edildiyi gün - 20 sentyabr                2014- ildə Cənub qaz dəhlizinin təməl qoyma mərasimi bir daha                           "Əsrin müqaviləsi"nin siyasi iqtisadi uğurlarının təsdiqidir.

"Əsrin müqaviləsi" Azərbaycanın təhsilinin elminin inkişafında da öz böyük rolunu oynadı bu gün oynamaqdadır. Azərbaycan Prezidenti çox hörmətli cənab İlham Əliyev dəfələrlə bəyan edir ki, biz neft kapitalını insan kapitalına çevirməliyik, intellektual gənclərin hazırlanmasına yönəltməliyik. Prezidentimizin bu günümüz gələcəyimizlə səsləşən bu ideyası uğurla dəstəklənir həyata keçirilir. ARDNŞ-nin "Elm fondu" ölkədə gedən hərtərəfli inkişafdan ölkə Prezidenti cənab İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirmək!" devizinin icrası istiqamətində aparılan işlərdən irəli gələrək, 2011-ci ildə yaradılmışdır. Bu fondun əsas məqsədi - ölkə ziyalılarının intellekt potensialından dövlətçiliyimizin inkişafında, xüsusən neft sənayesində daha səmərəli istifadə etmək, eyni zamanda, onların maddi-sosial durumunu yaxşılaşdırmaqdır. Bu fond Azərbaycanın Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsi üçün hər il 3,5 milyon manat vəsait ayırır. Bu elmi nəticələrin daha yüksək rəqabət qabiliyyətli olmasını təmin edir.

ARDNŞ bir neçə ildir ki, ən istedadlı gəncləri dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa göndərir. Onların bir çoxu artıq təhsil alıb geri dönmüşlər indi transmilli şirkət olan ARDNŞ- uğurla çalışırlar.

ARDNŞ itmiş mühəndis nüfuzunu qaytarmaq, gəncləri mühəndis peşəsinə istiqamətləndirmək üçün öz ali məktəbini - Bakı Ali Neft Məktəbini yaratdı. Maraqlıdır ki, cəmi 3 yaşı olan bu ali məktəb bu gün ölkənin ən reytinqli ali məktəbidir. Ali məktəblərə tələbə qəbulda ən yüksək müsabiqə məhz bu ali məktəbdə olmuşdur. 2014- ilin tələbə qəbulunda bu ali məktəbə yalnız 648-700 bal toplanmış abituriyentlər qəbul olmuşlar. Birinci qrup üzrə ali məktəblərə qəbul olan prezident təqaüdünə layiq görülən 25 tələbədən 17 nəfəri məhz Bakı Ali Neft Məktəbini seçib. Bu ali məktəbin AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə bir binada yerləşməsi, elmi-tədqiqat mərkəzi ilə ali məktəbin əməkdaşlığının yeni modelini yaratmağa imkan verdi.

ARDNŞ 2012-2013- illərdə Neft-Kimya Prosesləri İnstitutunun yenidən qurulmasına, yeni avadanlıqlarla təchizatına qoyduğu vəsait Azərbaycanın elm tarixində büdcədən kənar qoyulan ən böyük vəsaitdir.

ARDNŞ bu gün dünyanın ən iri layihələrindən biri olan Neft-Qaz,                            Neft-Kimya kompleksinin yaradılması üçün mühüm tədbirlər həyata keçirir. Bu, yaxın gələcəkdə Azərbaycanı ən güclü neft-kimya kompleksi olan ölkələrdən birinə çevirəcək. "Əsrin müqaviləsi" öz təsirini kimya sənayesinin inkişafında da göstərir. Sumqayıtda kimya sənayesinin yenidən qurulması yeni istehsalatların yaradılması bu təsirə gözəl nümunədir.

 Ölkədə elmin inkişafına verilən önəm sayəsində Prezident yanında "Elmin inkişafı fondu" yaradıldı. Bu qurum da öz növbəsində ölkədə elmin inkişafına böyük təkan verdi.

Azərbaycan Milli Elmlər Akademiyasının yeni kitabxanası Milli Ensiklopediyanın möhtəşəm binası dövlətin elmə böyük diqqət qayğısının təzahürüdür. Artıq AMEA-nın onlarca gənc alimi dünyanın ən nüfuzlu elmi mərkəzlərində uzun müddətli praktikaya göndərilirlər.

Azərbaycan bu gün sürətlə inkişaf edən turizm ölkəsinə çevrilib. Hər il ölkəmizə gələn xarici turistlərin sayı dəfələrlə artır.

İndi təkcə paytaxt Bakı yox, bütün bölgələr sürətlə inkişaf edir. Ölkəmiz hər il bir neçə dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. 2015-ci ildə Avropanın birinci olimpiada oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi qərarı ölkəmizin artan nüfuzunun təsdiqidir.

Azərbaycan Respublikası Prezidentinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında"  sərəncamları ilə ölkəmizdə kosmik sənayenin inkişafına rəvac verilib. Bu sahənin inkişafına  verilən önəm sayəsində artıq Azərbaycan  dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrilib kosmik sənayenin  inkişafı istiqamətində uğurlu işlərə imza atıb.  Bu gün peykimiz müasir tələblərə cavab verən, zəruri avadanlıqlarla təchiz edilmiş Əsas Yerüstü Peyk İdarəetmə mərkəzindən yerli mütəxəssislər tərəfindən birbaşa idarə olunur.  Azərbaycan indi dünyanın 17 kosmos ölkəsindən biridir.

Biz Qafqazda ən güclü orduya malikik. Bizim sürətlə inkişaf edən hərbi sənayemiz var. Artıq biz vətənimizi gözlənilən hərbi təcavüzlərdən qoruya bilərik. Dünyanın hərbi texnika sərgilərində uğurla sərgilənən ölkəmizin öz istehsalı olan hərbi texnika yeni silahlar bu əminliyi yaradır. Bundan böyük iftixar hissi ola bilərmi?

Yuxarıda qeyd etdiklərimiz müdrik dahiliklə yüzilliklərə hesablanmış Heydər Əliyev siyasətinin onun layiqli davamçısı olan çox hörmətli prezidentimiz İlham Əliyev cənablarının uğurlu xarici daxili siyasətinin bir hissəsidir.  Bu gün bizim hər birimiz fəxrlə deyə bilərik: "Mən Azərbaycanlıyam". Bu qüruru bizə verən Heydər Əliyevin yaratdığı İlham Əliyevin ucaltdığı vətənimiz Azərbaycandır.

Vaqif ABBASOV,
akademik

 





30.09.2014    çap et  çap et