525.Az

Al qoynuna məni, əzizlə, Təbriz!


 

Al qoynuna məni, əzizlə, Təbriz!<b style="color:red"></b>

Uzun illər arzularımın, xəyallarımın şəhəri olmuş Təbrizə gəldim, imana gəldim... Səmimiyyətimə inanın, şübhə etməyin lütfən... Düz 25 ildir Güney Azərbaycanda yaranan möhtəşəm ədəbiyyatı araşdırıram demək olar ki, hər yazımda adını çəkirdim şairlərin sevə-sevə vəsf elədiyi ulu Təbrizin... O Təbrizin ki, yuxularımda, xəyallarım-da gəzirdim dolanbadolan küçələrini... "Saat qabağı"nda fikrə gedir, El gölünün masmavi sularını seyr edir, Göy məscidində dualar edirdim... Mənə ən yaxın olan, dəfələrlə cəhd eləsəm , müəyyən səbəblər üzündən əlim çatmayan, amma ünüm yetən Təbrizə Beynəlxalq Şəhriyar konfransına qatılmaq üçün ayaq basdığımda elin şeir boxçasından bir bayatı gəldi dilimin ucuna:

Əzizim səni, Təbriz,
El sevər səni, Təbriz,
Al qoynuna əzizlə,
Anatək məni, Təbriz.

Hava limanında doğma torpağa ilk addımlarımı atdığım andanca qarşılaşdığım hər kəsə "Gün aydın!" salamıma onlardan təbəssümlə: "Xoş gəlmisuz, yaxçısuz? daha çox "Qurbanam, Qurban olum!" kəlmələrini eşitdikdə insanların səmimiyyətini, mehribanlığını bu dərəcədə qoruyub saxladığına heyrət etdim... Bizi Ana tək qoynuna alıb əzizləyən, "səhərləri qızarmış çörəyə, işıq fəsillərinə bənzəyən" şəhərin küçələrilə "Göstəriş" adlı qonaq evinə gələrkən Rza Bərəhaninin məhz bu duyğuların qaçınılmaz etkisilə yazdığı "Qadınların başından çadralarını qaçıran yaşıl bir yel əziz bir xatirə" başlıqlı silsilə şeirlərindən bu hissəni xatırladım:

Mənim xalqım səmimiyyətlə dua oxumuş,
səmimiyyətlə tüfəng ələ alıb savaşmış;
tüfəng illər boyu əlində idi, illər boyu.
İndi qorxusu yox, əgər sükut eləmişsə;
çünki ayağa qalxdığında
baharın uca ağaclarına bənzəyəcək ki,
çiçəklənir, gül açır ürək irilikdə
meyvələr verir səmimiyyətlə.
Sən hələ ordasan ki, iyirmi il qabaq
Təbrizin o küçəsində idin.
Yunusu udan balıqdır çadra.

Təbriz yeganə şəhərdi şəhərlər içində, Tanrının möcüzəsidi, havasında Şəhriyar şeirlərinin nəfəsi vardı... Təbriz eynilə böyük sevgiləri haqq etmiş ustad Rza Bərəhaninin vəsf elədiyi kimiydi, "səhərləri qızarmış çörəyə bənzəyirdi, Günortası quzu kababına, böyründəki isti qan damlası ilə, axşamları buz kimi vodkadır, yandırar, belə ki, sən bağıraraq evə gələrsən gecə yarısı sanki bir qadındır pərqu balıştək, başını üstünə qoymadan yatarsan... Oyandığında səhərləri işıq fəsillərinə bənzər..."

Aldı bizi qoynuna, əzizlədi anamıztək, gözəl Təbriz!!!

O günlər Təbriz Şəhriyar şeirilə nəfəs alırdı...

17 sentyabr 2014- il. İran İslam Respublikasının Təbriz şəhərində İİR Mədəniyyət İslami İrşad Nazirliyinin təşkilatçılığı ilə möhtəşəm Milli şeir ədəbiyyat gününə start verildi. Yenə Şəhriyar poeziyasının işığına yığışdı Təbriz əhli İranın Tehran, Muğan, Qaradağ, Əhər, Marağa digər bölgələrindən gələn Azərbaycan türkləri, Şəhriyar şeirinin vurğunları... Şəhriyarın portretləri asılmış küçə meydanlardan keçərək reproduktorla səslənən şeirlərinin, xüsusilə "Heydərbabaya salam" poemasının misralarındakı əfsunlu-sehrli cazibənin bəxş elədiyi qeyri-adi bir məstlik-qürur, iftixar duyğularının müşayiətilə məşhur El gölünün qıyısında salınmış açıq parka doğru addımlayırıq... İllərin tanışı idim sanki hər kəslə, ən doğma adamım kimi içimdən onların hər birilə tək-tək salamlaşmaq, əhvallaşmaq keçirdi. Yolboyu Təbriz türkləri Arazın bu tayındakı digər bölgələrdən gəlmiş soydaşlarımız qeyri-adi istiqanlılıqla, xoş bir təbəssümlə salamımızı alır, şirin bir ləhcə ilə cavab verirdilər. Onlardan bu istiqanlılığı, səmimi münasibəti görür ürəyimdən bir nida boy verirdi: "Şah zamanında İmam Xomeyni dövründə Güney xalqının milli haqq hüquqları, Ana dili üzərinə qoyulmuş heç bir qadağa, qısıtlanma basqı xalqın xarakterini, özəlliyini dəyişə, sevgisinin üstünə kölgə sala bilmirmiş." İrandakı Azərbaycan xalqı Şəhriyarı, Arazın bu tayında qalmış bacı qardaşlarını əvvəlki hərarətlə sevir alqışlayırdı.

Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin nəşriyyat, reklam işinin təşkili informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid tədbirə Nazirliyin xəttilə qatılmışdılar. Bakı Dövlət Universitetindən Filologiya üzrə fəlsəfə doktoru Nüşabə xanım Əlizadə, AMEA Tarix İnstitutunun əməkdaşı, Tarix üzrə elmlər doktoru Şahin Fazil AMEA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı kimi mən isə, çağımızın klassik, eyni zamanda müasir şairi kimi sevilən ustad Şəhriyarın dünyaya gəlişinin 108-ci ildönümü münasibəti ilə keçirilən Milli şeir ədəbiyyat gününə, həm bu tədbir çərçivəsində düzənlənmiş "Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti" mövzusunda Beynəlxalq elmi konfransa qatılmaq üçün İİR-in Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin dəvətilə gəlmişdik. Konfransın açılış mərasiminə Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə ilə yanaşı digər ölkələrin diplomatik təmsilçiləri qatılmışdı.

Qeyd edək ki, yubiley mərasiminin açılışından öncə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin nəşriyyat, reklam işinin təşkili informasiya şöbəsinin müdiri şair Vaqif Bəhmənli AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın İslam İrşad Nazirliyinin Şərqi Azərbaycan şöbəsinin rəhbəri Əli Əkbər Səfipurla görüşüblər. Vaqif Bəhmənli mənim 2010-cu ildə Azərbaycanda məhz Mədəniyyət Turizm nazirliyinin xəttilə nəşr olunmuş ("Avrasiya-Press") Şəhriyarın həyatı, ədəbi mühiti yaradıcılığını qapsayan "Söz sərrafı Şəhriyar" monoqrafiyamı, Filologiya üzrə elmlər doktoru Teymur Əhmədovun tərtib etdiyi "Məhəmmədhüseyn Şəhriyar" kitab-albomunu cənab Əli Əkbər Səfipura təqdim edib. Görüş zamanı Azərbaycanla İran, Təbrizlə Bakı arasında mədəni əlaqələrin daha da genişləndirilməsi mövzusunda fikir mübadiləsi edilib. Sonra Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadənin iştirakı ilə onlar dahi Şəhriyarın uyuduğu "Məqbərət üş-şuəra-Şairlər qəbristanlığı" ziyarət edib, şairin ruhunu məzarı üzərinə gül-çiçək dəstələri düzərək yad ediblər. Daha sonra Şəhriyarın ev muzeyində şairin oğlu Hadi ilə görüşüb, muzey eksponatları ilə tanış olduqdan sonra Təbriz Milli Kitabxanasına gəliblər. Görüş zamanı Təbriz Milli Kitabxanasının rəhbərliyi M.F.Axundov adına Milli Kitabxana ilə qardaşlaşmaq, qarşılıqlı əlaqələr yaratmaq sıx əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib, bu istiqamətdə bir sıra səmərəli müzakirələr aparılıb.

Nəhayət, şeirli-musiqili təntənəli Şəhriyar günləri-Milli şeir ədəbiyyat günləri çərçivəsində M.Şəhriyarın zəngin bədii irsini öyrənmək xatirəsini yad etmək məqsədilə "Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti" mövzusunda sentyabrın 18- keçiriləcək beynəlxalq elmi konfransın açılış mərasimi öz işinə başladı...

İlk olaraq Ağayi Məhəmmədzadə səsinin qeyri-adi gözəlliyilə "Qurani-Kərim"dən təlavət oxudu, sonra ustad Əmir Sepehrinin dirijorluğu ilə xor kollektivi İİR-in Dövlət himnini ifa etdi tədbir açıq elan olundu.

Çıxış üçün ilk söz açılış törəninə qatılmaq üçün Tehrandan Təbrizə təşrif buyurmuş İİR Mədəniyyət İslami-İrşad naziri cənab Əli Cənnətiyə verildi. Cənab Əli Cənnəti dedi ki, Şəhriyarın uşaqlığı Heydərbabanın ətəklərində keçib. Gənc yaşlarında isə Tehrana köçən şair Azərbaycan comərdlərinin müdafiəsində şeirlər söyləyir var gücü ilə xalq iranlı qövmlərin mədəniyyətini müdafiə edir. Tehranda fars dilini daha da mənimsəyərək bu dildə yazıb-yaradır, İran mədəniyyətini, ədəbiyyatını dünyaya tanıdır. Güclü emosional təsirə malik şerləri ilə Hafiz Şirazi kimi böyük şöhrət qazanmış M.Şəhriyar nəinki İranda, eləcə Azərbaycanda, Türkiyədə digər türkdilli ölkələrdə məşhurdur. Onun yaşadığı məmləkətin sərhədlərini aşaraq başqa xalqların da qəlbini riqqətə gətirən şeirləri bu gün sevilərək oxunur. Xalqımız şairin qədrini bilir yuxarı tutur, çünki şeirləri onun mədəniyyəti yaşayışının əks-sədası olub. Şəhriyar təxəllüsünü Hafiz Şirazinin "Lisan ül-qeyb" divanından fal açaraq hədiyyə alan Məhəmməd Hüseyn Behcət Təbrizi həmin şairlərin sırasındandır. O, nəinki İran xalqının qəlbini fəth edərək, onun ürək sözünü öz şeir dilində yenidən söyləyib, həm onun sədası sərhədlərin o tayına da gedib çıxıbdır. Şəhriyar öz yaradıcılığı ilə milyonlarla insanın qəlbində yaşayır yaşayacaq. İran xalqı Şəhriyarı daim xatırlayacaq xatirəsini ehtiramla anacaqdır".

Cənab Əli Cənnətinin şairin xatirəsinin əbədiləşdirilməsi üçün etdiyi təklif, düşünürəm ki, Şəhriyarsevərlərin ürəyindən xəbər verdi: "Şəhriyarın adı şeiri İran sərhədlərini aşdığına, xüsusən türkdilli ölkələrdə tanındığına görə, təklif edirəm ki, İranın Xarici İşlər Nazirliyi, Şərqi Azərbaycan Valiliyi, həmçinin İranın Ankara Bakıdakı Mədəniyyət Mərkəzlərinin birgə fəaliyyəti ilə Azərbaycan Respublikasının Türkiyənin paytaxt şəhərlərində prospektlərə iranlı şair- Şəhriyarın adı verilsin".

Konfransın açılış törənində İranın Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi, Şərqi Azərbaycanın Mədəniyyət İrşadi-islam idarəsinin rəhbəri, tədbirin bütün məsuliyyətini çiyinlərinə götürmüş Doktor Əli Əkbər Səfipur, tədbirin elmi məsələlər üzrə katibi Doktor Əbülfəzl Əli Məhəmmədi, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin nəşriyyat, reklam işinin təşkili informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli b. çıxış edərək şairin keşməkeşli həyat yaradıcılıq yolundan danışaraq konfransın işinə uğurlar arzuladılar.

Fani dünyadan çox az bir istəyini-ruhunu ucaldan üç-dörd diləyini poetik sözə çevirən Vaqif Bəhmənli ilk dəfə ayaq basdığı bu qutsal şəhərdə -Təbrizdə sanki:

Mən istəyirəm, qoşa qanad, qol,
Hər gün ayaqlanıb yeriməyə yol.
Mən istəyirəm, dərrakəli baş,
Kürək söykəməyə qeyrətli qardaş!

- diləyinə qovuşmuşdu... Azərbaycan nümayəndə heyətinin başçısı kimi ona söz verildikdə bir quş təkin yerindən sıçradı bəlkə eyni duyğuları yaşadığımızdan (hər ikimizin Təbrizə ilk gəlişimiz idi) daha çox mənim sezdiyim fərəhlə sanki qanad açdı bir anda tribunaya qalxaraq hər kəsi salamladı, dəvət üçün təşəkkür etdi iki qonşu dövlət-İranla Azərbaycan arasında qarşılıqlı əlaqələrin dostluğun möhkəmlənməsində mədəniyyətin mədəniyyət xadimlərinin böyük rol oynadığına diqqət çəkdi. Vaqif müəllim Orta Yaxın Şərq xalqlarının dil, milli mənsubluq, tarixilik baxımından vahid bir xalqa aid olunmayan müştərək maddi-mənəvi sərvətləri-Novruz bayramı, "Kitabi-Dədə qorqud", Firdovsi, Nizami, Nəsimi, Füzuli, İbn Sina, N.Tusi, xalçaçılıq, muğamat kimi xalq sənətləri sırasına ustad Şəhriyarın da adını əlavə etdi Şəhriyarın onun üçün hansı anlamı daşıdığını açıqladı: "Şəhriyar müasir Şərq poeziyasının rəmzlərindən biridir. "Heydərbabaya salam" poeması İran, Azərbaycan, türk, eləcə dünya şeir meydanında yeni bir hava, söz dünyasının 7 möcüzəsindən biridir. Şəhriyar Araz çayı üzərindən Azərbaycana adlayan körpülərin ən qədimi olmasa da, ən etibarlısı, ən genişidir. Qonşu, qohum xalqların, dövlətlərin birliyinə, həmrəyliyinə hər zamankından daha çox ehtiyac duyulduğu bir gündə bizim Şəhriyar sənətinin təsir gücünə, onun düşüncəsinə fəlsəfəsinə daha böyük ehtiyacımız var s".

Çıxışlar arasında ustad şairin şeirlərini bədii qiraət ustaları ifa edir, sözlərinə bəstələnən mahnılar oxunur, aşıq musiqisi dinlənilir ustad şairin "Heydərbabaya salam" poeması əsasında qurulmuş mükəmməl kompozisiya Şəhriyarın öz ifasında poemadan hissələr səsləndirilməklə bədii kompozisiya  nümayiş etdirildi. Daha sonra Təbrizdə Arazın bu tayında yetişmiş görkəmli ictimai-siyasi mədəniyyət xadimlərinin portretlərini milli geyimli oğlan qızların əllərində gətirərək ecazkar milli musiqi sədaları altında sıralanaraq toplu halda sərgiləməsi həqiqətən qürurverici idi. Yapımçı Cəlil Aşqarinin açılış törəninə verdiyi bədii tərtibatın üzərində yüksək peşəkarlıqla, sevərək işlədiyi aydınca görünürdü...

Yubiley tədbirinin elmi katibi Doktor Əbülfəzl Əli Məhəmmədi məlumat verdi ki, elmi konfransın katibliyinə Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığı haqqında yazılmış 300-dən çox məqalə təqdim edilib Şəhriyarşünas alimlərdən ibarət münsiflər heyəti həmin məqalələrdən yalnız 40- üstün əsərlər kimi seçmişdir. Konfransın elmi bölməsində həmin müəlliflər mükafatlandırılacaqdır. Əlbəttə, Beynəlxalq elmi konfransda Nüşabə xanımla mənim üçün xüsusi anlam daşıyan cəhətlərdən biri, əlamətdar məqam  da bu oldu ki, münsiflər heyəti üzvlərinin araşdırmaları nəticəsində hər ikimizin məqaləmiz seçilmişdi biz mükafat-ustad Şəhriyarın büstü, xüsusi kitablar, konfransın artıq çap olunmuş materialları Təbriz şirniyyatlarından ibarət çox dəyərli bir hədiyyə paketi qazanmışdıq... Digər daha önəmli məqam isə mənim Doktor  Əli Əkbər Səfipur (Təbriz), doktor  Bağır Sədriniya (Təbriz), Doktor  Nemət İldırım (Türkiyə), Doktor  Minu Əmir Qasımi (Təbriz), Doktor Mircəlaləddin Kəzazi, doktor Mənsur Sərvət (Tehran) kimi görkəmli alimlərlə birlikdə Rəyasət heyətində təmsil olunmağım idi...

Ustad Şəhriyara həsr olunmuş beynəlxalq elmi konfransa İİR-in daxilindən xarici ölkələrdən dəvət olunmuş elm, mədəniyyət ədəbiyyat xadimləri, qonaqlar arasında Yaponiya, Hindistan, Pakistan, Tacikistan, Misir, Banqladeş, Türkiyə, Azərbaycan Respublikasından nümayəndələr var idi.

Mədəniyyət İrşadi-islam nazirinin elm tədqiqat məsələləri üzrə müavini doktor Ziya Haşımi konfransın elmi məsələlər üzrə katibi Əbülfəzl Əli Məhəmmədinin, eləcə Məhəmməd Əbukəlamın "Banqladeş ədəbiyyatında Şəhriyar mövzusu", doktor Həsən Zülfüqarinin "Şəhriyarın işlətdiyi müxtəlif atalar sözləri onların başqa şairlərlə müqayisəsi", doktor Yasəmən Akkuşun "Şəhriyarın "Türkiyəyə xəyali səfər" adlı iki şeiri", doktor Nərgiz Üskuyinin "Şəhriyar şeirində İran musiqi motivləri", doktor Esmira Fuad Şükürovanın "Şəhriyarın sevgi dünyası", Əli Təmizəlin "Almaniyada Şəhriyarın tədqiqi", İlham Baqirinin "Şəhriyar Hafiz yaradıcılığında xalq deyimlərinin müqayi-səsi", Nasir Kazım Xanlunun "Şəhriyar şeirlərində təxəllüs təxəllüsə bənzərlik", Professor doktor Alimcan Qasıminin "Ustad Şəhriyarın qəzəllərində sözlər, dini məvhumlar qədimlik", doktor Nəcmi Dərinin "Heydərbaba bizim üçün məşqdir", doktor Nüşabə Əlizadənin "Azərbaycanda Şəhriyarşünaslıq məktəbi" b. məruzələr maraqla dinlənildi. Qeyd edim ki, çıxışçılar arasında ən çox alqışlananlardan biri məhz ustad Şəhriyarın oğlu Hadinin çıxışı oldu... Atası kimi təvazökar olan Hadi ön sıralarda deyil, lap arxa cərgələrdən birində oturmuşdu. Bircə cümlə olsun yazmamışdı əlində məruzə ilə tribunaya qalxmadı... Bədahətən danışdı, amma elə mətləblərə  toxundu ki, onun atasının-ustad Şəhriyarın poeziyasına, zəngin yaradıcılığına yaxından bələdliyi göründi. O da, digər çıxışçılar kimi, fars dilində danışırdı. Ancaq mən fərs dilini yaxşı bilməsəm , onun məhz "Xan nənə" sərbəst şeiri haqqında danışdıqlarını anlayırdım. Anlayırdım ki, Hadi ustadın klassik şeir yaradıcılığı ilə modern şeir yaradı-cılığı arasında paralellər aparır, doğru nəticələrə gəlir... Hadi elə gözəl, dərin mənalı çıxış edirdi ki, hər kəs nəfəsini içinə çəkib diqqətlə dinləyirdi... Onun Şəhriyar şeirinin ürfani-fəlsəfi qatlarına mahircə enmələri, məna inciərini çıxarmalarını dinlədikcə, içimdə bir rahatlıq doğurdu: Hadi Şəhriyar şeirinin özəyini dərk edir... gözəldi, oğulun atasının demək istədiklərini anlaması... gözəldi, atanın ölümündən sonra da bir Simurq tək qanadlarını övladlarının üstünə gərməsi-onları hər bir mənada qoruması!...

Təbrizin "Səda sima" proqramının aparıcısı Əlirza Tahiri tribunaya hər çıxdığında sözünə ustad Şəhriyarın, farsca, yaxud türkcə qəzəlini, "Heydərbabaya salam"dan bəndləri böyük aktyorluq məharəti, ürəkdən gələn böyük sevginin diqtəsilə əzbər söylədikdən sonra çox maraqlı keçid edərək xitabət kürsüsünə digər məruzəçini dəvət etməsi hər birimizin könül tellərini titrədir, heç kəsi yormur, onun növbəti dəfə səhnəyə çıxışını səbrsizliklə gözləyirdik. Görkəmli satirik şair-"tənz" ustadı Mirzə Hüseyn Kərimi Marağeyinin duzlu çıxışı, Şahin Fazilin "Təklifi yer, yar edibdir, Dəvət məni Şəhriyar edibdir" mətləli qəzəli gurultulu alqışlarla qarşılandı. Əsgər Şahi, Beytulla Cəfəri, Əli Cavadpur başqalarının peşəkar bir aktyor məharətilə oxuduğu şeirlərə isə hər kəs nəfəsini içinə çəkərəq qulaq asırdı. Gənc şair Əli Cavadpur ifa etdiyi şeiri ustad Şəhriyarın "Heydərbabaya salam" poemasının:

Daşlı bulaq daş-qumunan dolmasın,
Bağçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə bulaq, heyran olsun, axarsan,
Üfüqlərə xumar-xumar baxarsan,
bəndinə təxmis yazmışdı.

Konsert proqramı ilə davam edən yubiley tədbirini yekun sözü ilə elmi konfransın katibi Əbülfəzl Əli Məhəmmədi bağlı elan etdi...

Qeyd etdiyim kimi, tutduğu bütün vəzifə kürsülərindən öncə fitrətən şair olan Vaqif Bəhmənli mənim kimi, ilk dəfə gəlirdi Təbrizə... Onun da ürəyi riqqətə gəlmişdi, şair könlü duyğulanmışdı. Hava limanındakı qısa söhbətimiz əsnasında dedi ki, "bu, mənim Təbrizə ilk səfərimdi... Səfər zamanı Təbriz Milli Kitabxanasında oldum. Təbriz Milli Kitabxanasının rəhbərliyi xahiş etdi ki, keçən əsrin-XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunmuş mətbu orqanların surətlərini onlara çatdıraq. Düşünürəm ki, Azərbaycana qayıdandan sonra bununla bağlı araşdırma aparıb xahişlərini yerinə yetirə bilərik.  Təbrizə ilk səfərimin ayrı bir gözəlliyi məhz Məhəmmədhüseyn Şəhriyarın adı ilə bağlı olmasıdır. Mənim təsəvvürümə görə, Azərbaycan Respublikasından kənarda Azərbaycan ədəbiyyatına yaxın olan simalardan iki böyük şairi - Nazim Hikməti Məhəmmədhüseyn Şəhriyarı xüsusilə fərqləndirmək lazımdır. Müasir Azərbaycan poeziyasına onlar qədər təsir edən, bu poeziyanın inkişafında onlar qədər mühüm rol oynayan başqa böyük şair tanımıram. Şəhriyar həqiqətən Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun yaradıcılığı, xüsusilə "Heydərbabaya salam" poeması bizim qanımıza, iliyimizə işləyib, uşaqlıqdan bunu əzbərləyə-əzbərləyə böyümüşük. "Heydərbabaya salam" poemasını mən Azərbaycan dilinə, Azərbaycan türkcəsinə,  Azərbaycan tarixinə qoyulan abidə hesab edirəm. Düşünürəm ki, Şəhriyar günlərinin keçirilməsi, ustad şairin anılması çox gözəl bir ənənədir.  Azərbaycanda da belə tədbirlərin keçirilməsi lazımdır. İranın Mədəniyyət İslami-İrşad nazirinin iştirakı ilə keçirilən bu tədbir öz möhtəşəmliyi ilə diqqəti çəkirdi. İran mətbuatı da bu tədbirə həssaslıqla yanaşdı qəzetlər, TV kanalları Şəhriyar günlərini geniş, yüksək səviyyədə  işıqlandırdı. Ümumiyyətlə, biz Təbrizdə Şəhriyarın adına küçə, xiyaban axtarırdıq, bunların hamısı var. Eyni zamanda qeyd edim ki, Təbrizdə Şəhriyarın heykəlindən başqa heykəl görmədim. Harda imkan varsa, orada bu böyük şairə heykəl ucaldılıb. Ümumiyyətlə, Təbriz Şəhriyarın şəhəridir. Elə bil bütün şəhər Şəhriyarın adınadır, yəni burada ona sonsuz məhəbbət var. Səfərimiz zamanı bir daha inandıq ki, fars türk dilində çox böyük əsərlər yazıb-yaradan, hətta Hafiz səviyyəsində şair hesab olunan, onunla müqayisə edilən Şəhriyara bu tayda-İranda böyük məhəbbət bəslənilir. Ancaq belə tədbirlərin təkcə Şəhriyarla məhdudlaşmasını istəməzdim. Birlik dildə deməklə olmur. Aşıq Abbas Tufarqanlının, Aşıq Qurbaninin, lap elə Xaqaninin bu səviyyədə yubileylərini, anım günlərini birlikdə keçirə bilərik bu kimi addımlar iki ölkəni bir-birinə daha da yaxınlaşdırar, mənəvi bağlar möhkəmlənər..."

AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin isə Təbrizə ikinci gəlişi idi. 2000-ci ildə jurnalist heyətilə birlikdə Tehranda Təbrizdə olan Rəşad bəyin müəyyən təəssüratları vardı... Amma həm gözəl şeirlərin müəllifi olan şair Rəşad Məcid üçün Şəhriyar konfransında olmaq, şeirlərini dinləmək, insanlarla səmimi ünsiyyətdə olmaq ayrı bir zövqdü... Dedi ki, soydaşlarımızın Alim Qasımov Xumar Qədimovaya sevgiləri elə böyükdür ki... Onların Təbrizdə başqa bölgələrdə konsertini təşkil eləmək lazımdır. Amma TV proqramlarında insanların danışıqlarında türkcə sözlərlə bərabər daha çox fars dilinə məxsus sözləri işlətmələrinə üzüldüm, çünki əksərən başa düşsəm , bəzən demək istədiklərini anlamırdım. Təbriz yaxınlığındakı Kənduvan qəsəbəsində olduq burada insanların qayaları çaparaq içərisində qurduqları evlərdə xoşbəxtcəsinə yaşadıqlarını gördüm düzü, heyran qaldım. Ümumiyyətlə, səfər təəssüratlarım çox zəngindir..."

Mənim arzularımın şəhəri Təbrizdə olarkən heyran qaldığım məqamların sırası bir az da zəngindir: Şəhriyarın oğlu Hadinin çıxışı, ustadın ev muzeyində gördüklərim, kiçik qızı sevgili Məryəm xanımla görüşüm, Güney şairlərinin bir-birindən gözəl diksiya ilə şeir demələri, Əlirza Tahirinin sehrli səsi, elmi konfransın katibi Əbülfəzl Əli Məhəmmədinin qonaqlara böyük diqqət qayğısı, bütünlüklə tədbirlərin təşkilati məsələlərindən sorumlu olan gəncəcik Səccad Mehdizadənin hər birimizlə son dərəcə mədəni rəftarı, bircə anlıq da olsa bizləri diqqətsiz qoymaması, hər bir halımızla maraqlanması, insanların içdən gələn sevgi ünsiyyəti, bizlərə dibsiz məhəbbəti, ana yurdun-Təbrizin, El gölünün bənzərsiz gözəllikləri... Eh, saymaqla qurtarandı məgər?!

 





30.09.2014    çap et  çap et