525.Az

Bu il Ukrayna tərəfinin itkiləri 111 min nəfəri ötüb


 

 Bu il Ukrayna tərəfinin itkiləri 111 min nəfəri ötüb<b style="color:red"></b>

Bu il Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 111 min nəfər, 21 min ədəd silah və hərbi texnikanı ötüb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Nazir qeyd edib ki, ilin əvvəlindən Rusiya qoşunları yeni regionlarda 547 kvadrat kilometr ərazini nəzarətə götürüb: “Hərbçilər düşmənin dayaq məntəqələri sistemini dağıtmağa davam edir. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin bölmələri mövqelərini tərk edərək geri çəkilməyə məcbur olurlar”.

 





03.05.2024    çap et  çap et