525.Az

ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir


 

ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir<b style="color:red"></b>

ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun, Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmağı israrla tələb edirlər.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu brifinqdə çıxışı zamanı deyib.

 

O bildirib ki, Ukrayna ordusunun bölmələri müəyyən istiqamətlərdə müqavimət göstərməyə çalışırlar: “Lakin Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində geri çəkilirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

 





03.05.2024    çap et  çap et