Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz qılınarkən baş verən silahlı hücum nəticəsində 6 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Kani Mətin sosial media hesabında verdiyi açıqlamada, Güzera rayonunda məscidə hücum edən şəxsin "Kalaşnikov" avtomatından atəş açması nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirib.
Mətin hadisə ilə bağlı ətraflı açıqlamanın daha sonra veriləcəyini qeyd edib.
Digər tərəfdən "TOLO News" kanalı şiə məscidinə edilən hücumda aralarında məscid mollası da daxil olmaqla 7 nəfərin öldüyünü açıqlayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Malik Atilay
çap et