525.Az

Keniyada daşqınlarda ölənlərin sayı 188 nəfərə çatıb


 

Keniyada daşqınlarda ölənlərin sayı 188 nəfərə çatıb<b style="color:red"></b>

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 188-ə yüksəlib.

525.az xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı yenilənmiş məlumatlar paylaşılıb. Açıqlamada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 188-ə yüksəldiyi bildirilib.

Qeyd edək ki, ölənlərdən 37-nin uşaq olduğu, 90 nəfərin isə itkin düşdüyü vurğulanıb.

Məhəmməd Tağıyev

 





03.05.2024    çap et  çap et