Pakistanın Gilgit-Baltistan bölgəsində Karakorum şosesində sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb.
525.az xəbər verir ki, axtarış-xilasetmə rəsmilərinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 05:30-da sərnişin avtobusu Çilas bölgəsində magistral yolda aşıb. İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 21 nəfər yaralanıb.
Qeyd edək ki, yaralılar Çilasdakı xəstəxanalara aparılıb.
Məhəmməd Tağıyev
çap et