525.Az

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb


 

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Şevçenko rayonunu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb.

525.az Repoert-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət prokurorluğu məlumat yayıb.

Bildirilib ki, olayda 20 yaşayış binasına ziyan dəyib. Rusiya Silahlı Qüvvələri yaşayış məntəqəsinə UNPS D30-SN (unifikasiya edilmiş növlərarası planlı sursatı, 30 sm çaplı) ilə hücum edib. Ərazidə ümumilikdə üç zərbə qeydə alınıb.

Xatırladaq ki, hadisə mayın 5-i günorta baş verib. Daha əvvəl 10 nəfərin yaralandığı açıqlanmışdı.

 





05.05.2024    çap et  çap et