525.Az

Latviyada təyyarə magistral yola məcburi eniş edib


 

Latviyada təyyarə magistral yola məcburi eniş edib<b style="color:red"></b>

Latviyada kiçik təyyarə havada olarkən sıradan çıxıb və nəqliyyatın hərəkət etdiyi magistrala məcburi eniş edib.

525.az xəbər verir ki, Adazi şəhərində iki nəfərin olduğu kiçik təyyarə magistral yola məcburi eniş edib. Latviya Mülki Aviasiya Agentliyindən verilən açıqlamada Adazi şəhərində pilot təhsili müəssisəsində qeydiyyatda olan "Tecnam P2008" model tək mühərrikli təyyarənin texniki səbəblərdən magistral yola təcili eniş etdiyi bildirilib.

Latviya polisi təcili enişə qanad hissəsindəki texniki nasazlıqların səbəb olduğunu açıqlayıb.

Qeyd edək ki, təyyarə eniş etdikdən sonra heç bir qəza baş verməyib.

Məhəmməd Tağıyev

 





06.05.2024    çap et  çap et