525.Az

İsrail ilə diplomatik əlaqələr kəsilməlidir - Petro


 

İsrail ilə diplomatik əlaqələr kəsilməlidir - <b style="color:red">Petro</b>

Kolumbiya Prezidenti Qustavo Petro İsrail ilə diplomatik əlaqələrin kəsilməli olduğunu bildirib.

525.az xəbər verir ki, müxalifətin İsrail ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı tənqidlərinə sosial media hesabında cavab verən Petro: "Soyqırım baş verən yerdə münasibətləri kəsməmək heç bir ləyaqətli insanın qəbul edə biləcəyi vəziyyət deyil. İnsanlığa qarşı cinayət törədilir və biz hamımız insanıq. İsrail ilə diplomatik əlaqələr kəsilməlidir", - deyib.

Qeyd edək ki, Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək, İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlamışdı.

Məhəmməd Tağıyev

 





06.05.2024    çap et  çap et