525.Az

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb


 

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb<b style="color:red"></b>

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 56-ya, itkin düşənlərin sayı isə 67-yə yüksəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətində həftənin əvvəlindən təsirli olan yağışlar can və mal itkilərinin artmasına səbəb olub.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 56-ya, itkin düşənlərin sayının isə 67-yə yüksəldiyi bildirilib.

Açıqlamada 74 yaralının xəstəxanalara aparıldığı, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.

Qeyd edək ki, daşqınlardan 377 min 497 nəfər mənfi təsirlənib və 281 şəhərdə ciddi dağıntılar baş verib.

Malik Atilay 

 





06.05.2024    çap et  çap et