525.Az

Göyçə mahalı Kəsəmən kəndinin igidlərindən bəhs edilən kitab təqdim olunub


 

Göyçə mahalı Kəsəmən kəndinin igidlərindən bəhs edilən kitab təqdim olunub<b style="color:red"></b>

Göyçə mahalı Basarkeçər rayonunun Kəsəmən kənd icma nümayəndələrinin toplantısı keçirilib. Toplantıda Kəsəmən kənd sakini Nəvai Qurbanovun icma sədri kimi fəaliyyətə başlaması kənd əhalisi tərəfindən yekdilliklə qəbul edilib. Daha sonra icma sədri Nəvai Qurbanov görüləcək işlər və fəaliyyət planları barədə məlumat verib.

Tədbirdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, filologiya elmləri doktoru, professor  Almaz Ülvi Binnətovanın, kənd  Ağsaqqallar Şurasının sədri Məhəmməd Bayramovun, regionlar üzrə nümayəndə Qeys Həsənovun və qonşu kənd icma sədrlərinin çıxışları dinlənilib.

Görüşün sonunda Almaz Ülvi və Həqiqət Binnətovanın həmmüəllif  olduğu, Kəsəmən kənd icmasının dəstəyi ilə nəşr olunan 44 günlük Vətən müharibəsində şəhid olmuş və döyüşmüş Kəsəmən kənd igidlərindən bəhs edən "Qarabağ uğrunda dastan yazan Göyçə Mahalı Kəsəmən kəndinin igidləri" kitabının təqdimatı keçirilib.

 





07.05.2024    çap et  çap et