525.Az

Suriyadan 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb


 

Suriyadan 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb<b style="color:red"></b>

Suriyanın şimal-şərqindən 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkəyə qaytarılıb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X"də yazıb.

O qeyd edib ki, bu, ABŞ vətəndaşlarının Suriyanın şimal-şərqindən indiyə qədər ən böyük repatriasiyası olub: "Bu əməliyyatın bir hissəsi olaraq ABŞ Kanada, Finlandiya və Niderlanddan olan vətəndaşların repatriasiyasını da asanlaşdırıb".

 





07.05.2024    çap et  çap et