525.Az

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir


 

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir<b style="color:red"></b>

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.

525.az APA-ya istinadən xəbər verir ki,  bu barədə “Reuters“ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.

Mənbənin sızdırdığı məlumata əsasən, heyətə MOSSAD və “Shin Bet” kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib.

 





07.05.2024    çap et  çap et