525.Az

Kolumbiyadakı silahlı təşkilatdan hökumətə təhdid


 

Kolumbiyadakı silahlı təşkilatdan hökumətə təhdid<b style="color:red"></b>

Kolumbiyada hökumətlə sülh danışıqları aparan və fidyə müqabilində adam oğurluğundan vaz keçməyə söz verən silahlı üsyançı təşkilat olan Milli Azadlıq Ordusu (ELN) bu vədini dayandırdığını açıqlayıb.

525.az xəbər verir ki, ELN-in verdiyi açıqlamada qərarın birtərəfli olduğu bildirilərək: "ELN iqtisadi məqsədlə adam oğurluğundan yayınmaq təklifini dayandırmağa qərar verib. Hökumət danışıqlara kifayət qədər həvəs göstərmir. Vədlər yerinə yetirilmədi. Sülhün davamlılığı hökumətin atacağı addımlardan asılıdır", - deyilib.

Tərəflər aprelin 23-də Venesuelanın ev sahibliyi etdiyi sülh danışıqlarını mayın 20-25-də davam etdirəcəklərini açıqlamışdı.

Məhəmməd Tağıyev

 





07.05.2024    çap et  çap et