525.Az

Nigeriyada mina hücumu


 

Nigeriyada mina hücumu<b style="color:red"></b>

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı "Boko Haram"ın yerləşdirdiyi minanın partlaması nəticəsində 7 mülki vətəndaş həyatını itirib.

525.az xəbər verir ki, Borno əyalətinin Maiduquri-Dikva-Qamboru Nqala avtomobil yoluna qoyulan mina sərnişinləri daşıyan avtobus keçərkən partlayıb. Partlayış nəticəsində 7 mülki vətəndaş həyatını itirib, çox sayda insan isə yaralanıb.

Qeyd edək ki, təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Məhəmməd Tağıyev

 





07.05.2024    çap et  çap et