525.Az

Azad Berlin Universitetində Fələstinə dəstək aksiyası


 

Azad Berlin Universitetində Fələstinə dəstək aksiyası<b style="color:red"></b>

Paytaxtda yerləşən Azad Berlin Universitetində tələbələr Fələstinə dəstək nümayişi təşkil edib.

525.az xəbər verir ki, tələbələr universitetin daxili bağçasında çadırlar düzərək həmrəylik düşərgəsi qurub. Təxminən 150 tələbənin qatıldığı nümayişdə, "Fələstinə azadlıq", "Bütün gözlər Rəfahda", "İsrail terror dövlətidir" kimi şüarlar səsləndirilib.

Tələbələr Qəzzadakı soyqırımın dayandırılmasını, Almaniyanın İsrailə silah yardımı etməməsini, Almaniyada Fələstin tərəfdarlarına təzyiq edilməməsini tələb edib.

Qeyd edək ki, Fələstinə dəstək düşərgəsinin ətrafında çoxlu polis məmurları yer alıb.

Məhəmməd Tağıyev

 





07.05.2024    çap et  çap et