525.Az

Makron və Si Cinpin İranın nüvə problemindən danışdılar


 

Makron və Si Cinpin İranın nüvə problemindən danışdılar<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makron və Çin Sədri Si Cinpin İranın nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər.

525.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Siyasətçilər İranın nüvə probleminin sülh yolu ilə həllinə çağırış ediblər və bir daha təsdiqləyiblər ki, hər iki ölkə vəziyyətin siyasi və diplomatik həllini irəli sürmək üçün səy göstərəcək.

Havar Şəfiyeva

 





07.05.2024    çap et  çap et