525.Az

Sinqapurda "F-16" qırıcısı qəzaya uğrayıb


 

Sinqapurda "F-16" qırıcısı qəzaya uğrayıb<b style="color:red"></b>

Sinqapurda "F-16" qırıcı təyyarəsi havaya qalxış zamanı yaranan problem nəticəsində qəzaya uğrayıb.

525.az xəbər verir ki, Sinqapur Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Sinqapur Hərbi Hava Qüvvələrinə aid "F-16" döyüş təyyarəsi havaya qalxarkən problemlə üzləşib, təyyarə qısa müddət sonra Tengah aviabazasında qəzaya uğrayıb.

Açıqlamada pilotun oturacağı atmaq üsulu ilə xilas edildiyi bildirilərək: "Pilot müvəffəqiyyətlə xilas olub. Onun şüuru yerindədir və yeriyə bilir", - deyə qeyd edilib.

Məhəmməd Tağıyev

 





08.05.2024    çap et  çap et