525.Az

"TikTok" ABŞ hökumətini məhkəməyə verib


 

"TikTok" ABŞ hökumətini məhkəməyə verib<b style="color:red"></b>

"TikTok" və onun çinli sahibi "ByteDance" şirkəti sosial media tətbiqinin qadağan edilməsinə yol açan qanunla əlaqədar ABŞ hökumətinə qarşı iddia qaldırıb.

525.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu iddia edilib.

İddiada "TikTok"un ABŞ-də fəaliyyət göstərməsinə icazə vermək üçün qanunun tələb etdiyi satışın “nə kommersiya, nə texnoloji, nə də hüquqi baxımdan” mümkün olmadığı bildirilib.

Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu "TikTok"un ABŞ-yə ötürülməsinə və ya köçürülməsə qadağan edilməsinə yol açan qanun layihəsi ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanıb və 24 apreldə qüvvəyə minib.

Malik Atilay 

 





08.05.2024    çap et  çap et