525.Az

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb


 

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb<b style="color:red"></b>

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər, Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində çıxarıldığını bildiriblər.

Panqani Regional Komissarı Musa Kilakala hadisə ilə bağlı məlumat toplamaq üçün Keniya ilə əməkdaşlıq etdiklərini qeyd edib.

Qeyd edək ki, Kilakala itkin düşən 6 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini və qəza ilə bağlı təfərrüatların daha sonra açıqlanacağını bildirib.

Malik Atilay 

 





08.05.2024    çap et  çap et