525.Az

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb


 

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb<b style="color:red"></b>

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb.

525.az xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək, iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə davam etdirmək hüququnu dəstəklədiyi bildirilib.

Açıqlamada Baham adalarının iki dövlətli həll yolunu dəstəklədiyi və Fələstini bir dövlət olaraq rəsmən tanıdığı paylaşılıb.

Məhəmməd Tağıyev

 





08.05.2024    çap et  çap et