525.Az

Hindistan aviaşirkətində 90-a qədər reys ləğv edildi


 

Hindistan aviaşirkətində 90-a qədər reys ləğv edildi<b style="color:red"></b>

Hindistana məxsus "Air India Express" təxminən 300 kabin heyəti üzvünün son anda xəstələndiyini və işə gəlmədiyini bildirdikdən sonra 90-a yaxın uçuşu ləğv edib.

525.az xəbər verir ki, aviaşirkətin adı açıqlanmayan sözçüsü ləğv edilən reyslərlə bağlı açıqlama verib. Təxminən 300-ə yaxın kabin heyətinin son anda xəstə olduqlarını bildirərək işə gəlməməsi səbəbindən 90-a yaxın daxili və beynəlxalq reyslərin ləğv edildiyini bildirən mətbuat katibi, sərnişinlərin şikayətlərinin aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Qeyd edək ki, zərərçəkmiş minlərlə sərnişindən bəziləri sosial media hesablarından ləğvlərə reaksiya verib.

Məhəmməd Tağıyev

 





08.05.2024    çap et  çap et