525.Az

Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində qalacaq


 

Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində qalacaq<b style="color:red"></b>

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib.

525.az APA a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi bildirib ki, bu məsələ dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə razılaşdırılıb.

“Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar” – Peskov qeyd edib.

 





09.05.2024    çap et  çap et