Hindistanın Baş naziri Narendra Modi aparıcı müxalifət partiyası olan Hindistan Milli Konqresi və müsəlmanları hinduların əmlakını ələ keçirib bölmək planında ittiham edib.
525.az “Politico”ya istinadən xəbər verir ki, o, bu barədə seçkiqabağı mitinqdə bildirib.
Xüsusilə, siyasətçi "INC"ni hinduların sərvətlərini talamaq və onu müsəlmanlar arasında bölüşdürmək planlarında ittiham edib. Eyni zamanda Hindistanın Baş naziri vurğulayıb ki, o müsəlmanlara qarşı deyil, yalnız müxalifətin niyyətlərini tənqid edir.
Havar Şəfiyeva
çap et