525.Az

Donetsk və Luqanska raket zərbələri endirilib, 9 nəfər ölüb


 

Donetsk və Luqanska raket zərbələri endirilib, 9 nəfər ölüb<b style="color:red"></b>

Qondarma "Donetsk Xalq Respublikası"nın ərazisində yerləşən restoranlardan birinin raket atəşinə məruz qalması nəticəsində 5 nəfər ölüb, altısı isə yaralanıb.

525.az APA-ya istinadən xəbərinə görə, zərbələr HIMARS raket komplekslərindən endirilib.

Luqanskdakı neft bazalarından birinə isə ATACMS raketlərindən zərbə endirilib. 4 nəfərin öldüyü bildirilib.

 





11.05.2024    çap et  çap et