525.Az

Volqoqrad Neftayırma Zavoduna dron hücumu olub


 

Volqoqrad Neftayırma Zavoduna dron hücumu olub<b style="color:red"></b>

Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə Volqoqrad quberniyasının mətbuat xidməti bildirib.

“PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar – yanğın söndürülüb. İtki yoxdur”, – şəhər administrasiyasının teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib.

Onun sözlərinə görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri Volqoqrad ərazisinə PUA hücumunu dəf edib.

Xatırladaq ki, mayın 11-də Rusiyanın Belqorod şəhərinə endirilmiş zərbələr nəticəsində bir nəfər ölmüş, 29 nəfər yaralanmışdı.

 





12.05.2024    çap et  çap et