525.Az

Qırmızı dənizdə 4 PUA vurulub


 

Qırmızı dənizdə 4 PUA vurulub<b style="color:red"></b>

ABŞ-nn formalaşdırdığı hərbi koalisiya Qırmızı dənizdə Yəməndəki qiyamçı-husillərin 4 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, PUA-lardan biri mayın 10-da yerli vaxtla saat 20:45-də, digər 3-ü mayın 11-də qırıcı təyyarələrdən atılan raketlərlə vurulub.

PUA-ların Qırmızı dənizdə ticarət gəmiləri və koalisiyanın hərbi gəmiləri üçün təhlükə yaratdığı üçün məhv edildiyi bildirilib.

 





12.05.2024    çap et  çap et