525.Az

Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq


 

Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq<b style="color:red"></b>

Gürcüstan parlamentinin deputatları mayın 14-də keçiriləcək plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaqlar.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

“Qrafikə gəlincə, sabah (13 may - Qeyd) Hüquq Məsələləri Komitəsində qanun layihəsinə üçüncü oxunuşda baxılacaq. Bu, redaksiya mülahizəsidir və təbii ki, heç bir əsas dəyişikliyin müzakirəsi gözlənilmir. Plenar iclasda müzakirəyə gəlincə, bu, çərşənbə axşamı (14 may - Qeyd) olacaq”, - Papuaşvili bildirib.

 





12.05.2024    çap et  çap et